AQTA-da kadr dəyişikliyi: Müavin işdən ÇIXARILDI
15 İyul 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
967
02.04.2026, 23:13
Azərbaycanda minlərlə insan illərlə rəsmi əmək müqaviləsi olmadan çalışır. Bu gün qazanc əldə edən həmin şəxslər gələcəkdə pensiya yaşına çatdıqda ciddi risklə üz-üzə qala bilərlər. Çünki sosial sığorta ödənişləri aparılmadığından onların pensiya hüququ ya formalaşmır, ya da çox zəif olur.
Sosial sığorta ödənişlərindən kənarda qalan vətəndaşlar pensiya yaşına çatdıqda hansı hüquqi baryerlərlə qarşılaşacaqlar?
Mövzu ilə bağlı vəkil Elvin Səfərovun Oxu24.com-a açıqlama verib.
“Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. İşəgötürən tərəfindən on nəfərdən az işçinin əmək müqaviləsi olmadan işlədilməsi inzibati xətadır. Bu halda fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. On nəfərdən çox işçinin əmək müqaviləsi olmadan işlədilməsi cinayət məsuliyyəti yaradır. Bu halda işəgötürən yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əlavə olaraq, Vergi Məcəlləsinə əsasən, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Əmək müqaviləsi olmadan işləyən şəxs qanunvericiliyə əsasən işçi kimi tanınmadığından, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş sosial təminatlar, güzəştlər və imtiyazlardan məhrum olur. Bununla yanaşı, belə şəxslər üçün hər hansı hüquqi məsuliyyət nəzərdə tutulmamışdır”,-deyə vəkil qeyd edib.
Çimnaz Telmanqızı
00:17 / 15 İyul 2026
47
23:54 / 14 İyul 2026
59
23:34 / 14 İyul 2026
63
22:49 / 14 İyul 2026
67
22:22 / 14 İyul 2026
80
22:06 / 14 İyul 2026
163
21:25 / 14 İyul 2026
76
21:14 / 14 İyul 2026
91
20:50 / 14 İyul 2026
80
20:44 / 14 İyul 2026
82
20:36 / 14 İyul 2026
130
20:21 / 14 İyul 2026
74
20:03 / 14 İyul 2026
84
19:47 / 14 İyul 2026
85
19:25 / 14 İyul 2026
96
19:07 / 14 İyul 2026
147
18:43 / 14 İyul 2026
84
18:16 / 14 İyul 2026
102
18:03 / 14 İyul 2026
98
17:38 / 14 İyul 2026
107
17:30 / 14 İyul 2026
126
17:25 / 14 İyul 2026
131
17:20 / 14 İyul 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.