Bakının nəhəng ticarət mərkəzini su basdı - VİDEO
27 Mart 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
80
27.03.2026, 18:32
Günümüzdə uşaqların ekran saatları, "ümumiyyətlə ekran izləməyə neçə yaşdan başlamalıdır?" sualı xeyli müzakirə olunan məsələlərdən biridir. Türkiyəli həkim, uşaq mütəxəssisi Dr. Mustafa Burak Seven uşaqların yaşlarına uyğun olaraq izləyə biləcəyi ekran müddətlərini açıqlayıb.
Oxu24.com Bizim.Media-ya istinadən xəbər verir ki, həkim həyatın ilk iki ilinin beyin inkişafı üçün kritik bir dövr olduğunu vurğulayıb.
Həmçinin oxuyun
O deyib ki, ilk 24 ayda, yəni 2 yaşına qədər tövsiyə olunmur. Bu dövrdə körpə toxunaraq, göz kontaktı quraraq və səsləri dinləyərək öyrənir. Ekran bu inkişaf prosesinin yerini tutmur.
İki yaşından sonra ekran istifadəsinə tam qadağa qoymaq əvəzinə nəzarətli yanaşma vacibdir.
Dr. Seven bildirib ki, 24-36 ay arası ekran istifadə ediləcəksə, mütləq valideyn müşayiəti ilə olmalı və gündəlik müddət 10-15 dəqiqəni keçməməlidir. Uşaq təkbaşına ekrana buraxılmamalı, izlənilən məzmun haqqında danışmaq lazımdır.
"Məktəbəqədər dövrdə ekran istifadəsində nizam çox vacibdir. 3-5 yaş arasında gündəlik ümumi ekran vaxtı 1 saatı keçməməlidir. Lakin burada vaxtdan daha çox nizam önəmlidir. Ekran istifadəsinin başlanğıc və bitiş saatları aydın olmalıdır" - deyə türkiyəli həkim qeyd edib.
O vurğulayıb ki, uşaq yatmadan ən az bir saat əvvəl ekran istifadə edilməməli və yemək zamanı mütləq ekran olmamalıdır. Bu iki sadə qayda bir çox problemin qarşısını ala bilər.
22:25 / 27 Mart 2026
96
22:08 / 27 Mart 2026
42
22:07 / 27 Mart 2026
22
21:52 / 27 Mart 2026
381
21:49 / 27 Mart 2026
142
21:45 / 27 Mart 2026
47
21:38 / 27 Mart 2026
43
21:22 / 27 Mart 2026
36
21:22 / 27 Mart 2026
90
21:16 / 27 Mart 2026
77
21:14 / 27 Mart 2026
56
21:08 / 27 Mart 2026
62
21:03 / 27 Mart 2026
56
20:49 / 27 Mart 2026
62
20:39 / 27 Mart 2026
1664
20:35 / 27 Mart 2026
134
20:23 / 27 Mart 2026
241
20:20 / 27 Mart 2026
62
20:11 / 27 Mart 2026
215
20:05 / 27 Mart 2026
79
19:57 / 27 Mart 2026
64
19:52 / 27 Mart 2026
170
19:48 / 27 Mart 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.