Tarakan, qarışqa, milçək, ağcaqanad... Onları qovmağın ən sadə üsulu
28 May 2026, 01:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
706
27.03.2026, 19:43
2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb. Belə ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, hazırda yalnız sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış elektrik mühərrikli avtobusların idxalı, eləcə də həmin avtobusların sonradan komplektləşdirilərək satışı 1 il müddətinə ƏDV-dən azad olunub.
Martın 25-dən etibarən isə raritet avtonəqliyyat vasitələrinin ölkəyə idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib.
Maraqlıdır, bu dəyişikliklər fonunda avtomobil bazarında qiymət dinamikası necə dəyişib? Hazırda hansı növ avtomobillərdə bahalaşma daha çox müşahidə olunur?
Bundan əlavə, raritet avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri bazara necə təsir edəcək?
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bu il yanvarın 1-dən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin ləğvinin bazarda yeni bir tendensiya formalaşdırdığını bildirib.
Onun sözlərinə görə, bu kateqoriyaya aid avtomobillərin qiymətləri rüsumlara uyğun şəkildə artıb.
“Bununla yanaşı, 2025-ci ildə demək olar ki, “çökmüş” ikinci əl avtomobil bazarı bu il tədricən dirçəlməyə başlayıb. Ötən il qiymətlərdə 35-45 faizə qədər enmə müşahidə olunurdusa, artıq bu il əksinə, avtomobillərdə bahalaşma hiss olunur. Bununla belə, bu, bazarda ciddi canlanma olduğu anlamına gəlmir. Əksinə, yanvar-fevral ayları ənənəvi olaraq avtomobil bazarında sakit dövr sayılır və bu il də həmin durğunluq daha aydın hiss olunub. Həm yeni, eləcə də ikinci əl avtomobillərin satışında zəifləmə müşahidə edilib”.
Sədr əlavə edib ki, martın əvvəlindən etibarən isə bazarda müəyyən hərəkətlilik yaranaraq, yenidən avtosalonlara və avtomobillərə olan maraq artıb:
“Ümumiyyətlə, yeni avtomobil almaq istəyənlər daha çox martın ortalarından sonra qərar verir. Səbəb də odur ki, alıcılar avtomobilin məhz həmin ilin istehsalı olmasına üstünlük verir. Yəni 2026-cı ildə istehsal olunan avtomobilə maraq, 2025-də istehsal olunub 2026-da satışa çıxarılan modellərlə müqayisədə daha yüksək olur. Bu səbəbdən ilin əvvəlində bazarda sakitlik yaranır, yaz aylarından etibarən isə satışlar tədricən artır”.
E.Əliyev qeyd edib ki, nadir və kolleksiya xarakterli avtomobillərə (raritet) gəldikdə isə, onların ümumi bazara təsiri demək olar ki, yoxdur:
“Bu tip avtomobillər ölkəyə məhdud sayda, əsasən fərdi sifarişlə gətirilir. Daha çox kolleksiya üçün və ya restoran, otel kimi məkanlarda vizual məqsədlə istifadə olunur. Ona görə də bu seqmentə verilən güzəştlər bazarın ümumi dinamikasına ciddi təsir etmir”, - o bildirib.
Məlumat üçün xatırladaq ki, 2019-cu ilin 1 yanvar tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad olunub. Daha sonra 2022-ci ildə hibrid avtomobillərin idxalı və satışı, həmçinin elektromobillərin satış və idxalına da güzəşt tətbiq edilib.
01:29 / 28 May 2026
1
00:21 / 28 May 2026
61
00:12 / 28 May 2026
52
00:08 / 28 May 2026
53
00:02 / 28 May 2026
61
23:30 / 27 May 2026
241
23:09 / 27 May 2026
60
23:05 / 27 May 2026
513
23:01 / 27 May 2026
66
22:43 / 27 May 2026
85
22:41 / 27 May 2026
109
22:35 / 27 May 2026
641
22:31 / 27 May 2026
92
22:25 / 27 May 2026
97
22:15 / 27 May 2026
82
22:11 / 27 May 2026
122
21:53 / 27 May 2026
892
21:23 / 27 May 2026
93
21:18 / 27 May 2026
377
21:16 / 27 May 2026
83
21:05 / 27 May 2026
704
20:53 / 27 May 2026
90
20:51 / 27 May 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.