Zabratda müəssisədə mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb
12 Noyabr 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
22557
24.03.2026, 11:45
Son günlər televiziyalar,onların efirləri və rəhbərləri ən çox müzakirə olunan mövzulardandır.
Artıq bir müddətdir ki,efirlərdə ciddi dəyişikliklər edilib. Bu,həm qonaqlarda,həm də verilişlərin aparıcılarında və mövzularında da hiss olunur.
Sosial şəbəkələrdə müzakirələr fonunda televiziya rəhbərlərinin kimliyi də maraq doğurur.
Oxu24.com Azərbaycan kanallarına rəhbərlik edən şəxslərin kimliyi barədə məlumatı təqdim edir:
Azərbaycanda ən çox izlənilən kanallardan biri də Azad Azərbaycan (ATV) kanalıdır.
Televiziyanın rəhbəri Azər Əliyevdir.
O,1990-cı ildən Böyük Britaniyanın nüfuzlu BBC teleradiokompaniyasında işə başlayıb.2001-ci ildən etibarən BBC-Azərbaycan Xidmətinə rəhbərlik edib. Uzun illər Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib.
O, həmin il yaradılan "ATV International" televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013–2017-ci illərdə "ATV International"ın bazası əsasında yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik edib. 2017-ci ildən ATV telekanalına rəhbərlik edir.
Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
2024-cü il 5 martda Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Azər Əliyev hazırda xaricdə yaşayan,keçmiş ANS-in sabiq jurnalist Sevinc Osmanqızının keçmiş həyat yoldaşıdır.
Nərmin Balacayeva
11:55 / 12 Noyabr 2026
28
11:50 / 12 Noyabr 2026
40
11:36 / 12 Noyabr 2026
54
11:35 / 12 Noyabr 2026
63
11:34 / 12 Noyabr 2026
91
11:31 / 12 Noyabr 2026
63
11:24 / 12 Noyabr 2026
237
11:21 / 12 Noyabr 2026
59
11:19 / 12 Noyabr 2026
88
11:05 / 12 Noyabr 2026
76
11:00 / 12 Noyabr 2026
85
10:45 / 12 Noyabr 2026
102
10:39 / 12 Noyabr 2026
109
10:36 / 12 Noyabr 2026
93
10:27 / 12 Noyabr 2026
261
10:20 / 12 Noyabr 2026
99
10:18 / 12 Noyabr 2026
88
10:05 / 12 Noyabr 2026
228
09:51 / 12 Noyabr 2026
100
09:48 / 12 Noyabr 2026
100
09:42 / 12 Noyabr 2026
281
09:36 / 12 Noyabr 2026
110
09:22 / 12 Noyabr 2026
784
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.