Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7953
17.03.2026, 15:20
Ölkəmizdə bəzi müəllimlərin maaşları artacaq. Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Əmək Məcəlləsinin 67-2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, bütövlükdə incəsənət məktəblərində çalışan təhsilverilənlər də sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar:
“Həmin maddəyə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür və eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər.
Təklif edərdim ki, həmin maddə üzrə sertifikatlaşdırmaya cəlb edilməyən vətəndaşlarımızın siyahısına baxılıb genişləndirilsin. Müzakirə etdiyimiz layihə üzrə incəsənət sektorunda beynəlxalq müsabiqə qalibləri sertifikatlaşdırmadan azad olunması məqsədəuyğun olardı. Eyni zamanda, Məcəllənin 67-ci maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilməməsini təklif edərdim. Razılşaq ki, 2 dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir. Həmin şəxslərin yenidən 3-cü dəfə sertifikatlaşdırmaya cəlb edilməsinə xüsusi ehtiyac qalmır.
Digər tərəfdən, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Daha çox təhsilverənin sertifikaslaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı. Bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 fazi olar ki, bu da sözügedən sektoru əməyin daha yaxından qiymətləndilməsinə imkan verə bilər. Hazırda 48-51 ballar toplayan müəllimlərdə əməkhaqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalar ilə 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşı 10 faiz, cəmi 1 bal çox toplayandan isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticəd göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur”.
Təklif edilən dəyişiklik barədə fikirlərini Oxu24.com-la bölüşən təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirib ki, bu, Azərbaycan təhsil sistemində müəllimlərin stimullaşdırılması və keyfiyyətin artırılması baxımından mühüm addımdır.
Ekspertin sözlərinə görə, millət vəkilinin qeyd etdiyi dəyişikliklər xüsusilə sertifikatlaşdırma sistemi və maaş artımlarının daha ədalətli şəkildə tənzimlənməsi ilə bağlıdır:
“Təklif olunur ki, artıq üç dəfə sertifikatlaşdırmadan uğurla keçmiş müəllimlər və beynəlxalq müsabiqə qalibləri sertifikatlaşdırmadan azad edilsin. Bu yanaşma həm təcrübəli müəllimlərin vaxt və enerjilərini dəyərləndirir, həm də sertifikatlaşdırma prosesinin yalnız inkişaf ehtiyacı olan müəllimlər üçün effektiv olmasını təmin edir. 60 yaşdan yuxarı müəllimlərin sertifikatlaşdırmaya könüllü cəlb olunması da yaş amilini nəzərə alan humanist və praktik yanaşmadır”.
S.Abdullayev qeyd edib ki, ümumilikdə, bu dəyişikliklər təhsildə keyfiyyətin yüksəldilməsinə yönəlik addım kimi qiymətləndirilə bilər:
“Maaş artımlarının tənzimlənməsi məsələsinin də qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırda imtahanlarda 50 bal və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısı artımında kəskin sıçrayışlar var, məsələn, 50 bal toplayan müəllim 10 faiz artım alır, amma 51 bal toplayanda 35 faiz artım əldə edirlər. Bu, həm ədalətsizdir, həm də motivasiya sistemini pozur. Təklif olunan 80 faiz minimal nəticə şərti ilə 35 faiz artım yanaşması daha balanslı və beynəlxalq standartlara uyğun bir mexanizmdir. Beləliklə, keyfiyyətli təhsil verən müəllimlər daha doğru şəkildə qiymətləndirilmiş olacaq”.
Yeganə
01:52 / 13 Noyabr 2026
281
01:49 / 13 Noyabr 2026
730
00:49 / 13 Noyabr 2026
148
00:18 / 13 Noyabr 2026
140
00:17 / 13 Noyabr 2026
214
23:53 / 12 Noyabr 2026
1446
23:51 / 12 Noyabr 2026
146
23:40 / 12 Noyabr 2026
256
23:34 / 12 Noyabr 2026
137
23:24 / 12 Noyabr 2026
1027
23:20 / 12 Noyabr 2026
138
23:19 / 12 Noyabr 2026
144
23:18 / 12 Noyabr 2026
143
23:12 / 12 Noyabr 2026
143
23:03 / 12 Noyabr 2026
147
23:02 / 12 Noyabr 2026
286
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
164
22:49 / 12 Noyabr 2026
194
22:40 / 12 Noyabr 2026
144
22:24 / 12 Noyabr 2026
220
22:21 / 12 Noyabr 2026
143
22:13 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.