Məktəblərdə neçə gün dərs OLMAYACAQ?
16 Mart 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
16.03.2026, 17:57
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramları günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 19-30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Oxu24.com bildirir kibu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Həmçinin oxuyun
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, hazırda portalda 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
20:26 / 16 Mart 2026
2
20:19 / 16 Mart 2026
29
20:05 / 16 Mart 2026
41
19:56 / 16 Mart 2026
42
19:42 / 16 Mart 2026
50
19:35 / 16 Mart 2026
50
19:28 / 16 Mart 2026
62
19:11 / 16 Mart 2026
105
18:59 / 16 Mart 2026
74
18:51 / 16 Mart 2026
56
18:43 / 16 Mart 2026
118
18:33 / 16 Mart 2026
68
18:26 / 16 Mart 2026
211
18:19 / 16 Mart 2026
73
18:08 / 16 Mart 2026
103
17:39 / 16 Mart 2026
254
16:52 / 16 Mart 2026
517
16:25 / 16 Mart 2026
86
16:05 / 16 Mart 2026
236
16:01 / 16 Mart 2026
109
16:01 / 16 Mart 2026
110
15:57 / 16 Mart 2026
133
15:56 / 16 Mart 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.