Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1710
16.03.2026, 15:29
Bakının Binəqədi rayonunda yerləşən çoxmərtəbəli binalardan birində liftin acınacaqlı vəziyyəti sakinlərin həyatını təhlükəyə atır.
Oxu24.com xəbər verir ki, redaksiyamıza müraciət edən Aygün Quliyeva adlı vətəndaş 9-cu mikrorayon, Cavadxan küçəsi 3 ünvanında yerləşən 9 mərtəbəli binadakı dözülməz vəziyyəti videolentə alıb.
"Hər evdən 7,50 AZN pul yığılır"...
Sakinlərin bildirdiyinə görə, liftin bərbad vəziyyətdə olmasına baxmayaraq, hər 6-7 aydan bir bütün bina sakinlərindən, hər mənzil başına 7,50 manat məbləğində təmir pulu toplanır. Lakin yığılan vəsaitin hara xərcləndiyi məlum deyil, çünki liftin vəziyyəti gündən-günə pisləşir.
Təqdim olunan görüntülərdən aydın olur ki, liftin idarəetmə paneli tamamilə dağılıb, düymələr sıradan çıxıb və elektrik naqilləri açıqdadır. Liftin daxili antisanitar vəziyyətdədir, divarlar və tavan qəfəsə bənzər dəmir konstruksiyalarla "yamaqlanıb".
Sakinlər liftin tez-tez xarab olduğunu, insanların dəqiqələrlə içəridə qaldığını və 9-cu mərtəbəyə qədər piyada qalxmaq məcburiyyətində qaldıqlarını bildirirlər.
"Biz hər gün bu liftə qorxu içində minirik, çünki, içində qalanlar olur. Pul yığmağa gələndə gəlirlər, amma iş görməyə gələndə kimsəni tapmırıq. Əgər lift təmir olunmursa, biz nə üçün pul ödəməliyik?”,- deyə sakinlər şikayət edir.
Sakinlər bildirir ki, liftin hər an qırılma və ya elektrik qısaqapanması nəticəsində yanma riski var. Bu, binada yaşayan azyaşlılar və yaşlı insanlar üçün real ölüm təhlükəsidir.
Oxu24.com olaraq məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti və "Bakılift-İxtisaslaşdırılmış İstehsalat" Birliyinin mövqeyini dərc etməyə hazırıq.
Çimnaz Telmanqızı
14:57 / 05 Noyabr 2026
62
14:50 / 05 Noyabr 2026
64
14:48 / 05 Noyabr 2026
68
14:44 / 05 Noyabr 2026
59
14:41 / 05 Noyabr 2026
77
14:36 / 05 Noyabr 2026
70
14:25 / 05 Noyabr 2026
93
14:24 / 05 Noyabr 2026
92
14:18 / 05 Noyabr 2026
210
14:08 / 05 Noyabr 2026
126
14:01 / 05 Noyabr 2026
94
13:48 / 05 Noyabr 2026
990
13:41 / 05 Noyabr 2026
103
13:20 / 05 Noyabr 2026
153
13:12 / 05 Noyabr 2026
165
13:02 / 05 Noyabr 2026
368
13:00 / 05 Noyabr 2026
193
12:56 / 05 Noyabr 2026
177
12:51 / 05 Noyabr 2026
128
12:41 / 05 Noyabr 2026
429
12:40 / 05 Noyabr 2026
132
12:39 / 05 Noyabr 2026
114
12:36 / 05 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.