Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
13 Noyabr 2026, 16:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1264
05.03.2026, 11:17
Efirdən uzaqlaşdırılan aparıcılar...Sponsorlar da əməkdaşlığı dayandırdı...
Aparıcı Elgiz Əkbər artıq ARB televiziyası ilə yollarını rəsmən ayırıb, kollektivlə xudahafizləşib. Aparıcının ARB-dən ayrılmasından sonra onun cəlb etdiyi sponsorlar da artıq kanalla əməkdaşlığını dayandırdığını bildirib.
Qeyd edək ki, həftə içi hər gün yayımlanan "Elgizlə izlə" verilişi bir həftədir fəaliyyətini dayandırıb. Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı Tarix Əliyevin "Tarixin bir günü" verilişi də bağlanmışdı.Sözügedən verilişin də kifayət qədər sponsoru var idi.Onların da aparıcı ilə birlikdə kanalı tərk etdiyi bildirilir.
Bəzi TV verilişləri, şou proqramlar, idman yayımları – bütün bu məzmunların hazırlanması və yayımlanması ciddi maliyyə vəsaiti tələb edir. Məhz bu səbəbdən televiziyalar fəaliyyətlərini davam etdirmək üçün əsasən reklamlardan əldə etdikləri gəlirlərə güvənirlər. Adlarını qeyd etdiyimiz aparıcıların efirlərdən uzaqlaşması həmçinin ciddi reklam itkisi ola bilər.
Belə olan halda TV-lər hər hansı bir maddi problemlərlə üzləşə bilərlərmi?Televiziya işçilərini maaş böhranı gözləyə bilərmi?
Professor, televiziya tənqidçisi və media eksperti Qulu Məhərrəmli Oxu24.com-a açıqlamasında bildirib ki, istənilən televiziya kanalları üçün, xüsusilə də kommersiya TV-ləri üçün aparıcı yetişdirmək və daha sonra populyarlığı olan aparıcıları itirmək bəzi problemləri yarada bilir:
"Bu durum eyni zamanda TV-lər üçün auditoriya və reklam cəlb etmək problemini, sponsorlarla bağlı maddi itkiləri yarada bilir. Lakin bu proseslər gözlənilməz deyil. Zaman-zaman TV-lərdə belə problemlər olub, aparıcılar uzaqlaşıb, sponsorlar dəyişib, yaxud bir kanaldan başqa kanala gedən aparıcı özü ilə sponsorları da aparıb. Yəni TV-lərimizdə bu sistem belə formalaşıb. Əlbəttə ki, bu mənada özəl TV rəhbərlərinin problemlərini başa düşmək olur. Lakin hər şeyin bir düsturu, formulu var. Özəl TV-lər üçün də populyar verilişlər, yaxşı aparıcılar cəlb etmək bir zərurətdir. Düzdür, bunları yetişdirmək çox çətindir, amma mümkündür".
Professor hesab edir ki, bəzi özəl televiziyalarımız, hətta aparıcılarını itirən TV-lərin yaxşı format, layihə təklif etmək və onu reallaşdırmaq imkanları var:
"Bu, müəyyən zaman tələb etsə də, həll oluna bilən məsələdir. Maliyyə siyasətini təkcə aparıcıların üzərində formalaşdırmaq belə situasiyalarda ciddi problem yaradır. Ona görə də TV-lər özlərinə xas olan bir sistem qurmalı, müəyyən layihələr yaratmalıdırlar ki, problemlər yaşananda maliyyə böhranlarından rahatlıqla çıxa bilsinlər".
Yeganə
16:37 / 13 Noyabr 2026
1
16:29 / 13 Noyabr 2026
12
16:08 / 13 Noyabr 2026
130
16:00 / 13 Noyabr 2026
61
15:42 / 13 Noyabr 2026
253
15:37 / 13 Noyabr 2026
80
15:30 / 13 Noyabr 2026
77
15:01 / 13 Noyabr 2026
87
14:59 / 13 Noyabr 2026
199
14:50 / 13 Noyabr 2026
100
14:46 / 13 Noyabr 2026
91
14:33 / 13 Noyabr 2026
99
14:24 / 13 Noyabr 2026
517
14:17 / 13 Noyabr 2026
427
14:12 / 13 Noyabr 2026
97
14:05 / 13 Noyabr 2026
179
14:00 / 13 Noyabr 2026
99
13:43 / 13 Noyabr 2026
207
13:41 / 13 Noyabr 2026
99
13:20 / 13 Noyabr 2026
97
13:05 / 13 Noyabr 2026
241
12:57 / 13 Noyabr 2026
167
12:45 / 13 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.