Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı
25 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1130
05.03.2026, 10:27
Son dövrlər Azərbaycanda yerli icra hakimiyyətlərinin gələcəyi ilə bağlı müzakirələr intensivləşib. Xüsusilə struktur ixtisarları və kadr optimallaşdırılması fonunda bu institutun funksional zəruriliyi sual altına düşür. Məsələ təkcə ştatların azaldılması ilə məhdudlaşmır, baş verənlər daha çox idarəetmə modelinin yenilənməsi kontekstində qiymətləndirilir.
Oxu24.com xatırladır ki, son illərdə icra hakimiyyətlərinin əvvəlki geniş səlahiyyətləri mərhələli şəkildə məhdudlaşdırılıb. Bir sıra funksiyalar mərkəzi icra orqanlarına və ya publik hüquqi şəxslərə ötürülüb, xidmətlərin böyük hissəsi rəqəmsallaşdırılıb. Regional idarələrin yaradılması xüsusilə bölgələrdə yeni idarəetmə mexanizmi formalaşdırıb. ASAN xidmət modelinin tətbiqi ilə bu proses daha da sürətlənib. Nəticədə vətəndaş-məmur təması azalıb, operativlik artıb və yerli icra strukturlarının bir çox ənənəvi funksiyaları faktiki olaraq aktuallığını itirib.
Digər mühüm məqam ölkədə bələdiyyə institutunun mövcudluğudur. Yerli özünüidarəetmə prinsiplərinin gücləndirilməsi istiqamətində addımlar atıldığı bir dövrdə paralel idarəetmə mexanizmlərinin saxlanılması səmərəlilik baxımından məntiqli sayılmır. İcra hakimiyyətlərinin səlahiyyətlərinin daha aydın şəkildə bölüşdürülməsi və ya onların funksiyalarının digər qurumlara inteqrasiyası idarəetmədə çevikliyi artıra bilər. Bununla həm də yerlərdəki sosial narazılığı müəyyən qədər azaltmaq mümkündür. Mövcud yerli idarəetmə modelindən, xüsusilə özlərini “kiçik padşah” kimi aparan icra başçılarından artan narazılıq fonunda daha radikal qərarların qəbulu təəccüblü sayılmamalıdır.
Bununla yanaşı, dövlət idarəçiliyində optimallaşdırma siyasəti də diqqət çəkir. Büdcə xərclərinin azaldılması, strukturun yığcamlaşdırılması və qərar qəbuletmə prosesinin mərkəzləşdirilməsi islahatların əsas xəttini təşkil edir. Bu baxımdan icra hakimiyyətlərinin ya tamamilə ləğvi, ya da yeni model əsasında transformasiyası mümkün ssenarilər kimi görünür. Müşahidəçilər işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan idarəetmə metodunu daha məqbul sayırlar.
Müzakirə olunan mümkün referendum və Konstitusiya dəyişiklikləri də bu proseslə dolayısı şəkildə əlaqələndirilir. Əgər əsas qanunda yerli idarəetmə mexanizmləri, icra hakimiyyəti institutunun statusu və ya mərkəzləşmə-desentralizasiya balansı ilə bağlı müddəalara yenidən baxılarsa, bu, struktur islahatlarına hüquqi baza yarada bilər. Yəni söhbət təkcə inzibati qərardan deyil, idarəetmə fəlsəfəsinin yenilənməsindən gedə bilər. Bu isə icra hakimiyyətlərinin gələcək taleyinin referendum müstəvisində də müzakirə predmeti ola biləcəyini göstərir.
Sonda qeyd etmək yerinə düşər ki, gedən prosesləri idarəetmə sisteminin modernləşdirilməsinə yönəlmiş ardıcıl islahatların tərkib hissəsi kimi dəyərləndirmək daha doğru olardı. Bunun hansı formada reallaşacağı isə siyasi qərarlardan və gələcək inzibati modeldən asılı olacaq. Görünən isə odur ki, idarəetmədə yeni dövr başlayır. Bu dəfə “kiçik padşah”lara ehtiyac yoxdur…
Metbuat.az
00:05 / 25 May 2026
154
00:01 / 25 May 2026
281
00:01 / 25 May 2026
773
23:58 / 24 May 2026
254
23:36 / 24 May 2026
473
23:32 / 24 May 2026
664
23:23 / 24 May 2026
207
23:13 / 24 May 2026
265
23:13 / 24 May 2026
681
23:03 / 24 May 2026
296
22:43 / 24 May 2026
114
22:18 / 24 May 2026
123
22:04 / 24 May 2026
462
21:40 / 24 May 2026
192
21:39 / 24 May 2026
1334
21:30 / 24 May 2026
199
20:41 / 24 May 2026
156
20:19 / 24 May 2026
146
20:11 / 24 May 2026
123
19:39 / 24 May 2026
252
19:09 / 24 May 2026
447
18:55 / 24 May 2026
269
18:37 / 24 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.