Qaynar xətt:

(+99450) 247 90 86

Rayonlar belə idarə olunacaq - Yeni model 

Rayonlar belə idarə olunacaq - Yeni model 

CƏMİYYƏT

1830

04.03.2026, 22:49

Son dövrlər Azərbaycanda yerli icra hakimiyyətlərinin gələcəyi ilə bağlı müzakirələr intensivləşib. Xüsusilə struktur ixtisarları və kadr optimallaşdırılması fonunda bu institutun funksional zəruriliyi sual altına düşür. Məsələ təkcə ştatların azaldılması ilə məhdudlaşmır, baş verənlər daha çox idarəetmə modelinin yenilənməsi kontekstində qiymətləndirilir.

Oxu24.com  xatırladır ki, son illərdə icra hakimiyyətlərinin əvvəlki geniş səlahiyyətləri mərhələli şəkildə məhdudlaşdırılıb. Bir sıra funksiyalar mərkəzi icra orqanlarına və ya publik hüquqi şəxslərə ötürülüb, xidmətlərin böyük hissəsi rəqəmsallaşdırılıb. Regional idarələrin yaradılması xüsusilə bölgələrdə yeni idarəetmə mexanizmi formalaşdırıb. ASAN xidmət modelinin tətbiqi ilə bu proses daha da sürətlənib. Nəticədə vətəndaş-məmur təması azalıb, operativlik artıb və yerli icra strukturlarının bir çox ənənəvi funksiyaları faktiki olaraq aktuallığını itirib.

Digər mühüm məqam ölkədə bələdiyyə institutunun mövcudluğudur. Yerli özünüidarəetmə prinsiplərinin gücləndirilməsi istiqamətində addımlar atıldığı bir dövrdə paralel idarəetmə mexanizmlərinin saxlanılması səmərəlilik baxımından məntiqli sayılmır. İcra hakimiyyətlərinin səlahiyyətlərinin daha aydın şəkildə bölüşdürülməsi və ya onların funksiyalarının digər qurumlara inteqrasiyası idarəetmədə çevikliyi artıra bilər. Bununla həm də yerlərdəki sosial narazılığı müəyyən qədər azaltmaq mümkündür. Mövcud yerli idarəetmə modelindən, xüsusilə özlərini “kiçik padşah” kimi aparan icra başçılarından artan narazılıq fonunda daha radikal qərarların qəbulu təəccüblü sayılmamalıdır.

Bununla yanaşı, dövlət idarəçiliyində optimallaşdırma siyasəti də diqqət çəkir. Büdcə xərclərinin azaldılması, strukturun yığcamlaşdırılması və qərar qəbuletmə prosesinin mərkəzləşdirilməsi islahatların əsas xəttini təşkil edir. Bu baxımdan icra hakimiyyətlərinin ya tamamilə ləğvi, ya da yeni model əsasında transformasiyası mümkün ssenarilər kimi görünür. Müşahidəçilər işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan idarəetmə metodunu daha məqbul sayırlar.

Müzakirə olunan mümkün referendum və Konstitusiya dəyişiklikləri də bu proseslə dolayısı şəkildə əlaqələndirilir. Əgər əsas qanunda yerli idarəetmə mexanizmləri, icra hakimiyyəti institutunun statusu və ya mərkəzləşmə-desentralizasiya balansı ilə bağlı müddəalara yenidən baxılarsa, bu, struktur islahatlarına hüquqi baza yarada bilər. Yəni söhbət təkcə inzibati qərardan deyil, idarəetmə fəlsəfəsinin yenilənməsindən gedə bilər. Bu isə icra hakimiyyətlərinin gələcək taleyinin referendum müstəvisində də müzakirə predmeti ola biləcəyini göstərir.

Sonda qeyd etmək yerinə düşər ki, gedən prosesləri idarəetmə sisteminin modernləşdirilməsinə yönəlmiş ardıcıl islahatların tərkib hissəsi kimi dəyərləndirmək daha doğru olardı. Bunun hansı formada reallaşacağı isə siyasi qərarlardan və gələcək inzibati modeldən asılı olacaq. Görünən isə odur ki, idarəetmədə yeni dövr başlayır. Bu dəfə “kiçik padşah”lara ehtiyac yoxdur…Bakupost.az

Ən pisini düşünmək xəstəlikdir, yoxsa qorunmaq? – Psixoloqdan vacib AÇIQLAMA  

17:12 / 23 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ən pisini düşünmək xəstəlikdir, yoxsa qorunmaq? – Psixoloqdan vacib AÇIQLAMA  

117

0
Ermənistan anklav kəndlərin qarşılığında Başkəndi istəyir: Bakının seçimi nə olacaq? - Politoloqdan AÇIQLAMA  

17:04 / 23 İyul 2026

SİYASƏT SİYASƏT

Ermənistan anklav kəndlərin qarşılığında Başkəndi istəyir: Bakının seçimi nə olacaq? - Politoloqdan AÇIQLAMA  

253

0
Bu şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq 

17:00 / 23 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq 

89

0
Azərbaycanla bağlı narahatlıq Ermənistanda niyə artır? – Politoloq səbəbi açıqladı

16:58 / 23 İyul 2026

SİYASƏT SİYASƏT

Azərbaycanla bağlı narahatlıq Ermənistanda niyə artır? – Politoloq səbəbi açıqladı

108

0
Sosioloqdan XƏBƏRDARLIQ: “Sosial şəbəkələrdə “linç mədəniyyəti” cəmiyyəti təhlükəli istiqamətə aparır”  

16:53 / 23 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sosioloqdan XƏBƏRDARLIQ: “Sosial şəbəkələrdə “linç mədəniyyəti” cəmiyyəti təhlükəli istiqamətə aparır”  

116

0
LOR həkimi AÇIQLADI : Hovuz və dəniz sinusit riskini artırır  

16:46 / 23 İyul 2026

TİBB TİBB

LOR həkimi AÇIQLADI : Hovuz və dəniz sinusit riskini artırır  

106

0
Yaşadığımız reallıq illüziyadırmı? – İnsan beyni və kainat haqqında heyrətamiz FAKTLAR  

16:35 / 23 İyul 2026

MARAQLI MARAQLI

Yaşadığımız reallıq illüziyadırmı? – İnsan beyni və kainat haqqında heyrətamiz FAKTLAR  

104

0
Uşaqlara skuter almaq nə dərəcədə təhlükəlidir? — Həkimdən XƏBƏRDARLIQ: Onurğanı əyir, əzələni zəiflədir...  

16:30 / 23 İyul 2026

TİBB TİBB

Uşaqlara skuter almaq nə dərəcədə təhlükəlidir? — Həkimdən XƏBƏRDARLIQ: Onurğanı əyir, əzələni zəiflədir...  

103

0
Bələdiyyə hansı torpağa görə ödəniş tələb edə bilər? – Vəkil açıqladı  

16:10 / 23 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bələdiyyə hansı torpağa görə ödəniş tələb edə bilər? – Vəkil açıqladı  

98

0
Həkim: Uzunmüddətli stress ciddi xəstəlikləri üzə çıxara bilər

15:55 / 23 İyul 2026

TİBB TİBB

Həkim: Uzunmüddətli stress ciddi xəstəlikləri üzə çıxara bilər

105

0
Bakıda 31 yaşlı şəxs küçədə öldü 

15:40 / 23 İyul 2026

KRİMİNAL KRİMİNAL

Bakıda 31 yaşlı şəxs küçədə öldü 

101

0
Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar 

15:20 / 23 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar 

107

0