DYP müraciət yaydı
01 Oktyabr 2026, 16:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
947
04.03.2026, 21:29
Oxu24.com xəbər verir ki paytaxtın mərkəzi küçələrindən biri olan Rəşid Behbudov küçəsi ilə bağlı Metbuat.az-ın qaynar xəttinə şikayət daxil olub. Taksi şirkətlərindən birində çalışan sürücü iddia edir ki, Azərbaycan Mərkəzi Bankının inzibati binasının qarşısında lisenziyası olmayan nəqliyyat vasitələri mütəmadi olaraq dayanır.
Onun sözlərinə görə, bu səbəbdən ərazidə rəsmi qaydada fəaliyyət göstərən taksilər sərnişinləri ünvan üzrə düşürtmək üçün yer tapa bilmir, nəticədə müştəriləri təyinat nöqtəsindən bir qədər aralıda endirməyə məcbur qalırlar.
Bəs sözügedən ərazidə lisenziyasız taksilərin dayanması qanunidirmi və belə halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu istiqamətdə tərəfimizdən mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir:
““Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən, "Minik taksilərinin duracaq yeri" (5.14) yol nişanı quraşdırılan ərazi taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin dayanması və durması üçün nəzərdə tutulub. Bu səbəbdən digər avtomobillərin həmin yol nişanının təsir zonasında dayanması və durması qadağandır”.
T.Nəsirli qeyd edib ki, bu cür hal inzibati məsuliyyət yaradır və sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən, iki cərimə balı və 40 manat məbləğində cərimə tətbiq olunur.
16:53 / 01 Oktyabr 2026
1
16:47 / 01 Oktyabr 2026
8
16:38 / 01 Oktyabr 2026
43
16:29 / 01 Oktyabr 2026
47
16:25 / 01 Oktyabr 2026
160
15:59 / 01 Oktyabr 2026
69
15:46 / 01 Oktyabr 2026
66
15:36 / 01 Oktyabr 2026
73
15:30 / 01 Oktyabr 2026
79
15:27 / 01 Oktyabr 2026
86
14:55 / 01 Oktyabr 2026
58
14:53 / 01 Oktyabr 2026
81
14:41 / 01 Oktyabr 2026
75
14:30 / 01 Oktyabr 2026
62
14:28 / 01 Oktyabr 2026
101
14:24 / 01 Oktyabr 2026
72
14:07 / 01 Oktyabr 2026
154
14:05 / 01 Oktyabr 2026
74
13:57 / 01 Oktyabr 2026
84
13:39 / 01 Oktyabr 2026
77
12:48 / 01 Oktyabr 2026
81
12:46 / 01 Oktyabr 2026
70
12:14 / 01 Oktyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.