Ev tikmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO
28 Fevral 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
86
27.02.2026, 21:16
Süni intellekt alətlərinin sürətlə yayılması və xüsusilə məktəblilər, tələbələr arasında gündəlik tədris prosesinin bir hissəsinə çevrilməsi fonunda Azərbaycan dilinin bu platformalarda tam və keyfiyyətli şəkildə dəstəklənməməsi yeni çağırışlar yaradır. Mövcud vəziyyət yalnız texniki çatışmazlıq kimi deyil, həm də təhsilin keyfiyyəti, akademik dürüstlük və milli dil mühitinin qorunması baxımından strateji məsələ kimi qiymətləndirilir. Dil dəstəyinin zəif olması nəticəsində şagird və tələbələr bəzən qrammatik baxımdan qüsurlu, üslub cəhətdən natamam və ya terminoloji baxımdan qarışıq mətnləri doğru və etibarlı hesab edirlər ki, bu da uzunmüddətli perspektivdə yazı mədəniyyətinə təsirsiz ötüşmür.
Oxu24.com xəbər verir ki Demokrat.az-a şərh edən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, süni intellekt alətlərindən nəzarətsiz və həddindən artıq istifadə yazı bacarıqlarının zəifləməsinə gətirib çıxara bilər. Onun sözlərinə görə, xüsusilə esse, araşdırma işi və analitik yazılarda hazır mətnlərə arxalanma meyli gənclərdə müstəqil fikir formalaşdırmaq vərdişini zəiflədir:
"Xüsusilə gənclər yazı tapşırıqlarında bu alətlərə həddindən artıq arxalandıqda, qrammatik səhvləri və üslub pozuntularını doğru kimi qəbul edə bilirlər. Nəticədə yazı bacarıqları zəifləyir, terminoloji qarışıqlıq yaranır və nitq mədəniyyətində geriləmə müşahidə olunur. Uzunmüddətli perspektivdə bu, analitik düşüncə və müstəqil fikir ifadə etmə qabiliyyətinə mənfi təsir göstərə bilər".
Onun sözlərinə görə, məntiq boşluqları və natamam cavablar da ayrıca problemdir:
Həmçinin oxuyun
"Süni intellekt bəzi hallarda qeyri-dəqiq və ya ziddiyyətli məlumat təqdim edir. Bu cavabları tənqidi yanaşma olmadan qəbul edən şagird və tələbələrdə sorğulama və fakt yoxlama vərdişləri formalaşmır, hazır mətnə güvənmək tendensiyası yaranır. Bu isə gələcəkdə tədqiqat bacarıqlarının zəifləməsinə, akademik keyfiyyətin aşağı düşməsinə və plagiat hallarının artmasına səbəb ola bilər".
"Təhsil prosesində də təsirlər özünü göstərir. Azərbaycan dilində funksional məhdudiyyətlər olduqda müəllimlər bu alətlərdən effektiv istifadə edə bilmir, tapşırıqların qiymətləndirilməsi və fərdi yanaşmanın tətbiqi çətinləşir. Rəqəmsal bərabərsizlik dərinləşir: digər dillərdə təhsil alanlar daha geniş imkanlardan yararlandığı halda, Azərbaycan dilli istifadəçilər geri qalır. Bu, gələcək peşə bacarıqlarına, xüsusilə texnologiya və innovasiya sahələrində rəqabət qabiliyyətinə birbaşa təsir edir" - o qeyd edib.
Ekspert bildirib ki, süni intellektin dil mühitinə inteqrasiyasının zəif olması Azərbaycan dilinin rəqəmsal məkanda mövqeyini də zəiflədə bilər:
"Termin yaradıcılığında çətinliklər artır, alınma və izah olunmamış sözlərin sayı çoxalır, leksik və qrammatik normalar pozulur. Dil təkcə mədəniyyət elementi deyil, həm də strateji resursdur. Buna görə də süni intellektin Azərbaycan dilini keyfiyyətli şəkildə dəstəkləməsi texnoloji məsələ olmaqla yanaşı, təhsil, elm və milli təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır".
00:16 / 28 Fevral 2026
17
00:00 / 28 Fevral 2026
31
23:45 / 27 Fevral 2026
40
23:32 / 27 Fevral 2026
138
23:18 / 27 Fevral 2026
62
23:09 / 27 Fevral 2026
153
22:50 / 27 Fevral 2026
103
22:35 / 27 Fevral 2026
98
22:26 / 27 Fevral 2026
83
22:08 / 27 Fevral 2026
70
21:58 / 27 Fevral 2026
89
21:50 / 27 Fevral 2026
58
21:39 / 27 Fevral 2026
62
21:35 / 27 Fevral 2026
61
21:34 / 27 Fevral 2026
87
21:00 / 27 Fevral 2026
79
20:59 / 27 Fevral 2026
90
20:47 / 27 Fevral 2026
717
20:44 / 27 Fevral 2026
84
20:37 / 27 Fevral 2026
1234
20:35 / 27 Fevral 2026
101
20:32 / 27 Fevral 2026
2103
20:26 / 27 Fevral 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.