Töhmət alan icra başçısı haqqında maraqlı FAKTLAR: İdman ustasıdır,rus,ingilis dillərini bilir...
17 Fevral 2026, 14:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
81
17.02.2026, 11:59
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Oxu24.com xəbər verir ki Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan özünün müasir tarixində çiçəklənmə və tərəqqinin yüksək zirvəsinə çatıb. Vurğulanıb ki, qazanılan uğurların əsasında məhz dövlət başçısının siyasi dahiliyi və onun xalqla möhkəm birliyi durur ki, bu da Azərbaycanın bu günkü və gələcək inkişafının təminatıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.
Həmçinin oxuyun
Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib. Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.
Toplantıda paytaxt rayonlarında təmizlik, abadlıq və yaşıllaşdırma ilə bağlı məsələlər müzakirə olunub. Əldə edilən nəticələr qənaətbəxş hesab edilib, Novruz bayramına hazırlıq və işlərin daha da təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.
Toplantıda rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair görüntülər təqdim edilib. Bu mövzu ciddi müzakirə edilərək aşkar edilmiş qanun pozuntuları əyani surətdə nümayiş etdirilib. Qeyd edilib ki, bu kimi hallar əsasən paytaxtın Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarında aşkarlanıb. Bu kimi neqativ hallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib.
Bildirilib ki, müşavirədə verilən tapşırıqların icrasına nəzarəti icra hakimiyyətinin monitorinq qrupu həyata keçirəcək. Yaz-yay mövsümünə hazırlıq məqsədilə qərargahın yaradılması və nəticələrin iki ay ərzində əlavə müzakirəyə təqdim edilməsi qərara alınıb.
15:09 / 17 Fevral 2026
1
15:04 / 17 Fevral 2026
13
14:52 / 17 Fevral 2026
41
14:42 / 17 Fevral 2026
34
14:18 / 17 Fevral 2026
332
14:16 / 17 Fevral 2026
31
13:59 / 17 Fevral 2026
118
13:51 / 17 Fevral 2026
79
13:41 / 17 Fevral 2026
45
13:39 / 17 Fevral 2026
41
13:07 / 17 Fevral 2026
57
13:06 / 17 Fevral 2026
49
12:58 / 17 Fevral 2026
1452
12:55 / 17 Fevral 2026
61
12:51 / 17 Fevral 2026
157
12:39 / 17 Fevral 2026
57
12:36 / 17 Fevral 2026
67
12:24 / 17 Fevral 2026
60
12:06 / 17 Fevral 2026
482
11:44 / 17 Fevral 2026
64
11:39 / 17 Fevral 2026
88
11:29 / 17 Fevral 2026
80
11:19 / 17 Fevral 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.