Səhər yorğun oyanırsınızsa, səbəb bu ola bilər
27 İyul 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
736
14.02.2026, 22:15
"Mən 2009-cu ildən etibarən Bakı Uşaq və Gənclər Teatrında bədii rəhbərin truppa üzrə köməkçisi funksiyasını icra edirəm. Teatrdakı əsas vəzifəm aktyorların nizam-intizamına və davamiyyətinə nəzarət etmək, yaradıcı heyətin məşqlərdə və tamaşalarda vaxtında iştirakını təmin etməkdir.
Yeni səhnə əsərləri hazırlanarkən rolların bölgüsünün sənədləşdirilməsi, bədii rəhbərin, quruluşçu rejissorun və teatrda tamaşa hazırlayan digər rejissorların təlimatlarını truppaya çatdırmaq, həmçinin qastrol səfərləri və tədbirlərlə əlaqədar siyahıların tərtib olunması mənim məsuliyyətimdədir".
Oxu24.com xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrında bədii rəhbərin truppa üzrə köməkçisi vəzifəsində çalışan Leyla Hüseynova səsləndirib.
O, daha sonra aktyorlarla işləməyin xüsusiyyətlərindən bəhs edib:
"Bütün teatrlarda müşahidə olunduğu kimi, hər bir aktyorun özünəməxsus şıltaqlığı olur. Çalışıram ki, hər bir sənətçi ilə onun öz dilində ünsiyyət qurum. Çünki aktyor ifa etdiyi hər bir rolu obrazın dilində çatdırmağa səy göstərir. Onlar hər gün işə eyni əhvali-ruhiyyədə gəlməyə bilərlər. Çünki aktyor tərəddüd edir: həyatın çətinlikləri ilə mübarizə aparsın, yoxsa bu həyatda qalmaq uğrunda savaşsın? Yaxud da canlandırdığı obrazlar barədə düşünsün? Ümumiyyətlə, indiki dövrdə insanlar bir-birilərinə qarşı anlayışlı davranmalıdırlar".
Leyla Hüseynova fəaliyyət göstərdiyi teatrı digər mədəniyyət ocaqlarından fərqləndirən cəhətləri qeyd edib:
"Şükürlər olsun ki, bizim teatrda digər böyük teatrlara xas olan problemlərin heç birinə rast gəlinmir. Mənim qənaətimcə, hər kəs öz adına layiq çalışır. Bizim adımız Bakı Uşaq və Gənclər Teatrı olduğu üçün, fəaliyyətimiz də məhz uşaqlar və gənclərə yönəlib. Lakin bəzi teatrlar öz adlarına uyğun fəaliyyət göstərmirlər. Məsələn, böyük teatrlar uşaq tamaşaları nümayiş etdirirlər. Bizim fərqimiz məhz bundadır".
Teatrda məsul vəzifə daşıyan Leyla Hüseynova tanınmış sənətkar, Əməkdar artist Əliqulu Səmədovun qızı olduğunu da ilk dəfə dilə gətirib:
"Əməkdar artist Əliqulu Səmədov mənim atamdır. Həyat yoldaşım Rauf Hüseynov da bu teatrda fəaliyyət göstərir. Rauf məndən əvvəl bu teatrda işləyib və mən işə düzələndə burada tanış olub, ailə həyatı qurmuşuq. O məndən daha təcrübəli olduğu üçün ondan tez-tez məsləhətlər alıram. Mənə çox dəstəyi olub. Lakin bizdə hər zaman ailə münasibətləri ayrı, iş münasibətləri ayrı tutulub. Atam da vaxtilə bu kollektivdə çalışıb. O, uzun illərdir incəsənət sahəsindədir və Azərbaycan kinosunun inkişafında böyük xidmətləri olub. Kinodan əlavə, yenidən teatr səhnəsində olmaq istədiyi üçün bizim teatra üz tutmuşdu. Bir müddət burada çalışdıqdan sonra təqaüdə çıxdı. Heç vaxt iş mühitində ata-qız və ya həyat yoldaşı münasibətlərini önə çəkməmişik. O söhbətlər iş prosesində keçərli deyil. İşdə atam da, həyat yoldaşım da mənə tabe olublar, çünki mən teatrda aktyorların rəhbəriyəm, yəni bədii rəhbərin truppa üzrə köməkçisiyəm", - deyə Leyla Hüseynova vurğulayıb.
23:44 / 27 İyul 2026
5
23:18 / 27 İyul 2026
131
22:44 / 27 İyul 2026
69
22:24 / 27 İyul 2026
65
21:47 / 27 İyul 2026
160
21:29 / 27 İyul 2026
82
20:50 / 27 İyul 2026
74
20:19 / 27 İyul 2026
96
20:00 / 27 İyul 2026
113
19:59 / 27 İyul 2026
87
19:46 / 27 İyul 2026
582
19:30 / 27 İyul 2026
126
19:15 / 27 İyul 2026
94
19:13 / 27 İyul 2026
112
19:02 / 27 İyul 2026
101
18:48 / 27 İyul 2026
991
18:45 / 27 İyul 2026
121
18:33 / 27 İyul 2026
87
18:30 / 27 İyul 2026
934
18:22 / 27 İyul 2026
89
18:20 / 27 İyul 2026
2885
18:10 / 27 İyul 2026
114
17:59 / 27 İyul 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.