Xərçəngin gözə çarpmayan əlamətləri – Diqqətli olun
15 Fevral 2026, 02:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
91
14.02.2026, 22:15
"Mən 2009-cu ildən etibarən Bakı Uşaq və Gənclər Teatrında bədii rəhbərin truppa üzrə köməkçisi funksiyasını icra edirəm. Teatrdakı əsas vəzifəm aktyorların nizam-intizamına və davamiyyətinə nəzarət etmək, yaradıcı heyətin məşqlərdə və tamaşalarda vaxtında iştirakını təmin etməkdir.
Yeni səhnə əsərləri hazırlanarkən rolların bölgüsünün sənədləşdirilməsi, bədii rəhbərin, quruluşçu rejissorun və teatrda tamaşa hazırlayan digər rejissorların təlimatlarını truppaya çatdırmaq, həmçinin qastrol səfərləri və tədbirlərlə əlaqədar siyahıların tərtib olunması mənim məsuliyyətimdədir".
Oxu24.com xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrında bədii rəhbərin truppa üzrə köməkçisi vəzifəsində çalışan Leyla Hüseynova səsləndirib.
O, daha sonra aktyorlarla işləməyin xüsusiyyətlərindən bəhs edib:
"Bütün teatrlarda müşahidə olunduğu kimi, hər bir aktyorun özünəməxsus şıltaqlığı olur. Çalışıram ki, hər bir sənətçi ilə onun öz dilində ünsiyyət qurum. Çünki aktyor ifa etdiyi hər bir rolu obrazın dilində çatdırmağa səy göstərir. Onlar hər gün işə eyni əhvali-ruhiyyədə gəlməyə bilərlər. Çünki aktyor tərəddüd edir: həyatın çətinlikləri ilə mübarizə aparsın, yoxsa bu həyatda qalmaq uğrunda savaşsın? Yaxud da canlandırdığı obrazlar barədə düşünsün? Ümumiyyətlə, indiki dövrdə insanlar bir-birilərinə qarşı anlayışlı davranmalıdırlar".
Həmçinin oxuyun
Leyla Hüseynova fəaliyyət göstərdiyi teatrı digər mədəniyyət ocaqlarından fərqləndirən cəhətləri qeyd edib:
"Şükürlər olsun ki, bizim teatrda digər böyük teatrlara xas olan problemlərin heç birinə rast gəlinmir. Mənim qənaətimcə, hər kəs öz adına layiq çalışır. Bizim adımız Bakı Uşaq və Gənclər Teatrı olduğu üçün, fəaliyyətimiz də məhz uşaqlar və gənclərə yönəlib. Lakin bəzi teatrlar öz adlarına uyğun fəaliyyət göstərmirlər. Məsələn, böyük teatrlar uşaq tamaşaları nümayiş etdirirlər. Bizim fərqimiz məhz bundadır".
Teatrda məsul vəzifə daşıyan Leyla Hüseynova tanınmış sənətkar, Əməkdar artist Əliqulu Səmədovun qızı olduğunu da ilk dəfə dilə gətirib:
"Əməkdar artist Əliqulu Səmədov mənim atamdır. Həyat yoldaşım Rauf Hüseynov da bu teatrda fəaliyyət göstərir. Rauf məndən əvvəl bu teatrda işləyib və mən işə düzələndə burada tanış olub, ailə həyatı qurmuşuq. O məndən daha təcrübəli olduğu üçün ondan tez-tez məsləhətlər alıram. Mənə çox dəstəyi olub. Lakin bizdə hər zaman ailə münasibətləri ayrı, iş münasibətləri ayrı tutulub. Atam da vaxtilə bu kollektivdə çalışıb. O, uzun illərdir incəsənət sahəsindədir və Azərbaycan kinosunun inkişafında böyük xidmətləri olub. Kinodan əlavə, yenidən teatr səhnəsində olmaq istədiyi üçün bizim teatra üz tutmuşdu. Bir müddət burada çalışdıqdan sonra təqaüdə çıxdı. Heç vaxt iş mühitində ata-qız və ya həyat yoldaşı münasibətlərini önə çəkməmişik. O söhbətlər iş prosesində keçərli deyil. İşdə atam da, həyat yoldaşım da mənə tabe olublar, çünki mən teatrda aktyorların rəhbəriyəm, yəni bədii rəhbərin truppa üzrə köməkçisiyəm", - deyə Leyla Hüseynova vurğulayıb.
02:00 / 15 Fevral 2026
24
01:28 / 15 Fevral 2026
26
00:25 / 15 Fevral 2026
58
00:04 / 15 Fevral 2026
55
23:28 / 14 Fevral 2026
56
23:19 / 14 Fevral 2026
59
23:14 / 14 Fevral 2026
103
23:05 / 14 Fevral 2026
60
22:54 / 14 Fevral 2026
57
22:51 / 14 Fevral 2026
61
22:49 / 14 Fevral 2026
62
22:35 / 14 Fevral 2026
338
22:19 / 14 Fevral 2026
2093
22:12 / 14 Fevral 2026
166
21:53 / 14 Fevral 2026
1088
21:50 / 14 Fevral 2026
280
21:49 / 14 Fevral 2026
73
21:30 / 14 Fevral 2026
1147
21:21 / 14 Fevral 2026
62
21:09 / 14 Fevral 2026
242
20:54 / 14 Fevral 2026
94
20:48 / 14 Fevral 2026
93
20:37 / 14 Fevral 2026
629
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.