Müəllimlərə maaş artımı ilə bağlı ŞAD XƏBƏR
12 Fevral 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
68
11.02.2026, 20:30
Təhsil ocaqlarında baş verən silahlı olaylar, əslində, bir anlıq cinayət deyil, uzun müddət yığılıb qalan daxili partlayışın nəticəsidir. Çox vaxt hər kəs bunu "bir nəfərin dəliliyi" kimi qələmə versə də, mənzərə daha dərindir. Gənclərin özlərini tənha hiss etməsi, cəmiyyətdən təcrid olunması və çıxış yolu tapa bilməməsi onları ən qorxulu addımlara sürükləyir.
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, Kanadada məktəbdə baş verən atışma hadisəsi təkcə fərdi şəxsin davranışı kimi deyil, uzun müddət formalaşan psixoloji, sosial və emosional problemlərin nəticəsi kimi dəyərləndirilməlidir:
"Bu cür hadisələrin kökündə adətən özünü dəyərsiz hiss etmə, sosial təcrid, uzunmüddətli emosional gərginlik, ailədaxili problemlər, zorakılığa məruz qalma, bullinq, diqqət və dəstək çatışmazlığı kimi faktorlar dayanır. Uşaq və yeniyetmə özünü cəmiyyətə aid hiss etmədikdə, qəbul olunmadıqda və problemlərini sağlam şəkildə ifadə edə bilmədikdə, aqressiya və destruktiv davranışlara yönəlmə riski artır".
O bildirib ki, məktəblərdə kriminal davranışlara meylin formalaşmasında rəqəmsal mühitin və sosial medianın da rolu böyükdür:
"Şiddət məzmunlu oyunlar, filmlər və sosial şəbəkələrdə zorakılığın normallaşdırılması bəzi uşaqlarda empati hissinin zəifləməsinə, reallıqla fantaziya arasındakı sərhədlərin itirilməsinə səbəb ola bilir. Xüsusilə emosional baxımdan həssas və dəstəyə ehtiyacı olan yeniyetmələr bu cür məzmunlardan daha tez təsirlənirlər və davranışlarında təhlükəli modelləri təkrarlamağa meylli olurlar. Bu tip riskli davranışların qarşısını almaq üçün erkən siqnalları vaxtında görmək olduqca vacibdir".
Həmçinin oxuyun
Psixoloq deyib ki, davranışlarda kəskin dəyişikliklər, aqressiyanın artması, sosial təcrid, davamlı narazılıq hissi, ümidsizlik, özünə və başqalarına qarşı düşmən münasibət, ölüm və zorakılıq mövzularına həddindən artıq maraq, dərsə marağın azalması və intizam problemləri risk göstəriciləri hesab olunur.
"Bu əlamətlər valideynlər və müəllimlər tərəfindən ciddi qəbul edilməli və laqeyd yanaşılmamalıdır. Profilaktik yanaşmanın əsasını ailə, məktəb və psixoloji xidmətlərin əməkdaşlığı təşkil etməlidir. Ailədə açıq ünsiyyət mühitinin yaradılması, uşağın dinlənilməsi, onun duyğularının qəbul edilməsi və problemlərinin ciddiyə alınması psixoloji təhlükəsizliyin əsas şərtidir. Məktəblərdə psixoloqların fəaliyyəti gücləndirilməli, müntəzəm psixoloji monitorinqlər aparılmalı, sosial bacarıqların inkişafına yönəlmiş proqramlar tətbiq olunmalıdır. Uşaqlara emosiyalarını idarə etməyi, konfliktləri zorakılıq olmadan həll etməyi və kömək istəməyi öyrətmək uzunmüddətli qoruyucu amildir".
O deyib ki, bu cür hadisələr bir daha göstərir ki, uşaqların psixoloji rifahı yalnız fərdi məsələ deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir.
"Erkən müdaxilə, maarifləndirmə, psixoloji dəstək və sağlam sosial mühit yaradılmadıqda risklər daha da dərinləşir. Ona görə də əsas məqsəd cəza yönümlü deyil, önləyici və inkişaf etdirici yanaşmanın gücləndirilməsi olmalıdır"- deyə o qeyd edib.
Qeyd edək ki, Kanadanın Britaniya Kolumbiyası əyalətindəki sakit Tambler Ric şəhəri bu gün tarixinin ən qanlı günlərindən birini yaşayıb. Yerli orta məktəbdə və yaxınlıqdakı yaşayış sahəsində törədilən kütləvi atışma nəticəsində, hücumçu da daxil olmaqla on nəfər həyatını itirib, 25-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı böyük panika yaşanıb, şagirdlər və müəllimlər dərhal təxliyə edilib, təhsil ocağı isə qeyri-müəyyən müddətə bağlanıb. Kanadanın dövlət rəsmiləri və Baş nazir baş vermiş faciəni milli kədər kimi qiymətləndirərək qurbanların ailələrinə başsağlığı veriblər. Hazırda hüquq-mühafizə orqanları qatilin bu dəhşətli cinayəti hansı motivlə törətdiyini və hadisənin pərdəarxası məqamlarını araşdırır.
00:09 / 12 Fevral 2026
9
23:39 / 11 Fevral 2026
30
23:23 / 11 Fevral 2026
46
23:21 / 11 Fevral 2026
41
23:16 / 11 Fevral 2026
127
23:14 / 11 Fevral 2026
41
23:11 / 11 Fevral 2026
71
23:05 / 11 Fevral 2026
63
23:00 / 11 Fevral 2026
38
22:59 / 11 Fevral 2026
49
22:54 / 11 Fevral 2026
106
22:44 / 11 Fevral 2026
42
22:39 / 11 Fevral 2026
40
22:26 / 11 Fevral 2026
56
22:21 / 11 Fevral 2026
39
22:00 / 11 Fevral 2026
54
21:59 / 11 Fevral 2026
1047
21:54 / 11 Fevral 2026
81
21:46 / 11 Fevral 2026
73
21:42 / 11 Fevral 2026
114
21:39 / 11 Fevral 2026
58
21:32 / 11 Fevral 2026
47
21:30 / 11 Fevral 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.