Gəncədə yol-nəqliyyat hadisəsi - xəsarət alanlar var
05 Fevral 2026, 21:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
137
05.02.2026, 19:08
Zavod çörəklərinin bir çoxu evə gətirildikdən 1 gün sonra qıcqırmağa, kiflənməyə, boyatlamağa başlayır. Ondan fərqli olaraq, evdə sobada yaxud təndirdə bişirilən çörəklər isə qışda otaq temperaturunda günlərlə boyatlamadan qala bilir. Ara-sıra sosial şəbəkələrdə "çörəklərə qatqı maddəsi qatılır", "piylənməyə səbəb olur", "ölümcül fəsadlar yaradır" kimi çıxışlar da eşidirik.
Bəs görəsən, çörəklər hansı şəraitdə bişirilir? Nəyə görə zavod çörəkləri tez boyatlayır? Onlara həqiqətən də sağlamlıq üçün təhlükəli qatqı vurulurmu?
Oxu24.com bildirir ki, Qida Eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bəzi çörək sexləri vaxt qazanmaq üçün mayanı çox edib, acıtma prosesini qısaldırlar:
Kənd toyuğu" adı ilə insanları öldürürlər - Bazarda təhlükəli fırıldaq
“Unun xammal kimi alınması və bişirilməsi çörəyin əsas şərti deyil. İlk növbədə o, laboratoriya keçməli, tərkibi yoxlanılmalı, dəmirin səviyyəsi ölçülməli, düşmə əmsalı müəyyən edilməlidir. Bu proseslərdən sonra unun bişirilməyə uyğunluğunu söyləmək olar. Uyğun olduğu halda o, çoxpilləli ələkdən keçirilərək fiziki çirklənmədən arındırılır. Hansısa metal, daş, taxta qırıntılarının çörəkdən çıxmaması üçün bu prosesin olması mütləqdir. Fiziki çirklənmədən arınan unun tərkibində oksigen artır. Bundan sonra un yoğrulma mərhələsinə gedir. Əgər çörək sexi onu ən az 3 saat fermentasiya edirsə, daha az miqdarda maya vururlar. Nəzərə almaq lazımdır ki, xəmirdə maya az olduqda, həzm sistemində problem olmur, ağırlıq yaratmır.
Xəmir yoğrulandan sonra fermentasiyaya yollanır (acıtma prosesi). Bu prosesdən ikinci dəfə yenidən yoğrulur və tərkibinə ələkdən keçirilmiş undan əlavə olunaraq, kündələnməyə göndərilir. Kündələr dinlənmə otağında 1 saata qədər mayalandıqdan sonra müəyyən dərəcələrdə sobaya daxil edilir. Bişirilən çörəklər daşıyıcı lent vasitəsi ilə avtomobillərə yüklənib, satışa çıxarılır.
Həmçinin oxuyun
Məsələ ondan ibarətdir ki, çox zaman sahibkarlar mayadan hədsiz istifadə edib, fermentasiya müddətini qısaldırlar. Bunun səbəbi də “vaxt udmaq”dır. 3 saata acıyan xəmirə çox maya qatıb, vaxtı 1 saata endirirlər. Bu zaman ya onun içi xəmir olur, ya kəsdikcə ovulur, ya da 1 gün qalandan sonra qıcqırır. Tövsiyə edirəm ki, kəsəndə məsamələri çox olan çörəkdən istehlak edilsin. Məsamələri olmayan çörəklərin mayası çox olur. 3 saat fermentasiyadan keçmiş, düzgün texnologiya ilə hazırlanıb, uyğun dərəcədə bişmiş çörəklər nə qıcqırır, nə də ki, ovulur”.
Ekspert qeyd edib ki, çörəyə qatqı maddəsi qatılması iddiaları absurddur:
“Bəzi mütəxəssislər əsassız çıxışlarla müsahibə verib bildirirlər ki, çörəyin içərisinə “eco pan”, “eco plus” kimi qatqı maddələr vurulur. Anlamaq lazımdır ki, xəmirə həmin əlavələr vurulsaydı, onun maya dəyəri yüksələrdi. Bu isə heç bir sahibkara sərf etmir. Uzağı şirin çörəkdə istifadə edərlər, onun da birinin qiyməti çörəkdən bahadır.
Tonlarla çörək bişirən sexə kilolarla “eco pan”, “eco plus” lazımdır. Onların qiymətindən xəbəri olmayan, maya dəyərini hesablaya bilməyən, mühasibatlıq savadı olmayan mütəxəssislər nəyin içərisinə nəyin qatılması barədə danışıb, yalan informasiya verməsələr yaxşıdır. “Eco pan” bir çörəyə vurulsaydı, onu ən az 2 manata alardıq.
Çörəyə qatqı qatılır sözünü o qədər təkrarlayacaqlar ki, sahibkarlar bundan sonra qatqı istifadəsinə başlayacaq. Belə olduqda da, çörəyin qiyməti qalxacaq. Xarici ölkələrə məxsus çörəklərə vurulur, məsələn fransız bageti və ya batonu. Onlarda “eco pan”, “eco plus” istifadə edilə bilər. Baxmaq lazımdır ki, o çörəklərlərlə zavod çörəklərinin qiymətindəki fərq necədir?!”.
21:48 / 05 Fevral 2026
10
21:39 / 05 Fevral 2026
24
21:31 / 05 Fevral 2026
24
21:09 / 05 Fevral 2026
53
20:45 / 05 Fevral 2026
116
20:25 / 05 Fevral 2026
131
20:06 / 05 Fevral 2026
203
19:54 / 05 Fevral 2026
221
19:44 / 05 Fevral 2026
119
19:35 / 05 Fevral 2026
312
19:33 / 05 Fevral 2026
50
19:22 / 05 Fevral 2026
54
19:15 / 05 Fevral 2026
66
18:58 / 05 Fevral 2026
105
18:55 / 05 Fevral 2026
876
18:42 / 05 Fevral 2026
73
18:21 / 05 Fevral 2026
182
18:11 / 05 Fevral 2026
222
18:07 / 05 Fevral 2026
76
17:54 / 05 Fevral 2026
139
17:41 / 05 Fevral 2026
114
17:37 / 05 Fevral 2026
135
17:27 / 05 Fevral 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.