Sumqayıtdakı məktəbdə 14 şagird zəhərlənib
02 Oktyabr 2026, 11:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
620
05.02.2026, 16:46
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi cənab Ramil Həsən vəzifəyə təyinatından sonra ilk dəfə olaraq Türk Mədəniyyəti və İrsi Fondunun qonağı olub. Ziyarət çərçivəsində təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüş keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova görüş zamanı cənab Ramil Həsəni TÜRKPA-nın baş katibi vəzifəsinə təyin olunması münasibətilə səmimi-qəlbdən təbrik edib, TÜRKPA nümayəndə heyətini Fondda qarşılamaqdan böyük məmnunluq duyduğunu bildirib.
Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti nəzərdən keçirilib, birgə təşəbbüslərin həyata keçirilməsi imkanları, eləcə də qarşılıqlı dialoqun institusional əsasda daha da möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər Türk dünyasının ortaq tarixi, mədəni və mənəvi dəyərlərinin qorunması və beynəlxalq müstəvidə təşviqi istiqamətində əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb. Bu kontekstdə Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dövlətləri Parlament Assambleyasının bir-birini tamamlayan, strateji baxımdan qarşılıqlı rol oynayan iki qardaş qurum olduğu qeyd olunub. Görüşdə həmçinin gələcək dövrdə mədəni irsin təşviqi, humanitar əməkdaşlıq və ortaq layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.
Baş tutan görüş Türk dünyasında mədəni və parlament diplomatiyası arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.



11:30 / 02 Oktyabr 2026
14
11:25 / 02 Oktyabr 2026
27
11:19 / 02 Oktyabr 2026
41
11:11 / 02 Oktyabr 2026
48
11:10 / 02 Oktyabr 2026
46
11:05 / 02 Oktyabr 2026
54
11:02 / 02 Oktyabr 2026
121
10:54 / 02 Oktyabr 2026
44
10:51 / 02 Oktyabr 2026
176
10:46 / 02 Oktyabr 2026
49
10:28 / 02 Oktyabr 2026
53
10:10 / 02 Oktyabr 2026
63
10:05 / 02 Oktyabr 2026
59
09:59 / 02 Oktyabr 2026
52
09:53 / 02 Oktyabr 2026
546
09:51 / 02 Oktyabr 2026
120
09:46 / 02 Oktyabr 2026
56
09:42 / 02 Oktyabr 2026
61
09:41 / 02 Oktyabr 2026
55
09:39 / 02 Oktyabr 2026
75
09:33 / 02 Oktyabr 2026
62
09:29 / 02 Oktyabr 2026
181
09:18 / 02 Oktyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.