Toyuq paketlərindəki gizli TƏHLÜKƏ – VİDEO
28 Aprel 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
627
05.02.2026, 18:58
İştirakçı sayı 2000-ə qədər olan imtahanların hamısı elektronlaşdırılıb. Bu il peşəkar mühasib sertifikatı imtahanlarının hamısı elektron formatda keçirildiyi kimi, rezidenturaya qəbul imtahanlarının da bu qaydada təşkil olunması nəzərdə tutulur. Hazırda isə iştirakçı sayı 10 mindən çox olan imtahanların elektronlaşdırılması üzərində işlər aparılır.
Oxu24.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu prosesdə əsas hədəflərdən biri regionlarda yaşayan namizədlər üçün əlçatanlığı təmin etməkdir: “Bunun üçün təkcə paytaxtda deyil, bölgələrdə də müvafiq şərait qurulmalıdır. Bununla əlaqədar olaraq DİM ilə Elm və Təhsil Nazirliyi arasında birgə iş aparılır.
Müəllimlərin işə qəbul imtahanları üçün nazirliyin müxtəlif regionlarda yaratdığı elektron mərkəzlərdən istifadə edilərək, ilk növbədə Azərbaycan dili (dövlət dili kimi) imtahanı elektronlaşdırılacaq. Rezidentura imtahanı isə bu il Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvanda elektron qaydada keçiriləcək. Beləliklə, əvvəllər regionlarda imkan olmadığı üçün Bakıya gəlməli olan namizədlər artıq imtahanlarını birbaşa yaşadıqları bölgələrdə verə biləcəklər”.
Həmçinin oxuyun
DİM sədri bildirib ki, iştirakçı sayı 100 min olan kütləvi imtahanların elektronlaşdırılması prosesi isə daha çox vaxt aparacaq: “Bu layihə çərçivəsində ilkin olaraq bir neçə regionda sınaq imtahanlarının keçirilməsi planlaşdırılır. Həmin sınaq imtahanlarına VIII sinif şagirdlərinin cəlb edilməsi nəzərdə tutulur. Onlar sistemi əvvəlcədən öyrənərək IX sinif buraxılış imtahanlarında daha rahat iştirak edə biləcəklər. Ümumilikdə bu proses 2-3 il çəkəcək”.
23:38 / 28 Aprel 2026
1
23:26 / 28 Aprel 2026
70
22:48 / 28 Aprel 2026
36
22:46 / 28 Aprel 2026
54
22:28 / 28 Aprel 2026
103
21:58 / 28 Aprel 2026
45
21:40 / 28 Aprel 2026
65
21:29 / 28 Aprel 2026
82
21:18 / 28 Aprel 2026
54
21:04 / 28 Aprel 2026
80
20:50 / 28 Aprel 2026
82
20:39 / 28 Aprel 2026
86
20:19 / 28 Aprel 2026
76
20:11 / 28 Aprel 2026
123
20:10 / 28 Aprel 2026
72
20:06 / 28 Aprel 2026
54
19:59 / 28 Aprel 2026
72
19:58 / 28 Aprel 2026
72
19:57 / 28 Aprel 2026
59
19:56 / 28 Aprel 2026
64
19:48 / 28 Aprel 2026
67
19:44 / 28 Aprel 2026
71
19:42 / 28 Aprel 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.