Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
02 Oktyabr 2026, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
688
05.02.2026, 16:41
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Oxu24.com xəbər verir ki, Türkiyədəki zəlzələnin üçüncü ildönümü ilə bağlı məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.
Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.
Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.
Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.
Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.
Əminəm ki, “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.
Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm".
11:30 / 02 Oktyabr 2026
14
11:25 / 02 Oktyabr 2026
27
11:19 / 02 Oktyabr 2026
41
11:11 / 02 Oktyabr 2026
48
11:10 / 02 Oktyabr 2026
46
11:05 / 02 Oktyabr 2026
54
11:02 / 02 Oktyabr 2026
121
10:54 / 02 Oktyabr 2026
44
10:51 / 02 Oktyabr 2026
176
10:46 / 02 Oktyabr 2026
49
10:28 / 02 Oktyabr 2026
53
10:10 / 02 Oktyabr 2026
63
10:05 / 02 Oktyabr 2026
59
09:59 / 02 Oktyabr 2026
52
09:53 / 02 Oktyabr 2026
546
09:51 / 02 Oktyabr 2026
120
09:46 / 02 Oktyabr 2026
56
09:42 / 02 Oktyabr 2026
61
09:41 / 02 Oktyabr 2026
55
09:39 / 02 Oktyabr 2026
75
09:33 / 02 Oktyabr 2026
62
09:29 / 02 Oktyabr 2026
181
09:18 / 02 Oktyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.