DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirib
05 Fevral 2026, 20:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
126
05.02.2026, 17:54
Qriplə bağlı ölkə üzrə hazırki epidemioloji vəziyyət ürəkaçan deyil.
Hansı yaş qruplarında hansı ağırlaşmaların yarana biləcəyi isə müzakirə mövzusudur.
Bəs praktikada rast gəlinən əsas ağırlaşmalar nələrdir?
Qrip peyvəndi olunanlar hansı ağırlaşmalardan qorunmuş olurlar?
Vaksin etdirənlərin statistikası varmı? Hansı yaş qrupları üçün vaksin daha vacibdir?
Oxu24.com xəbər verir ki bütün bu suallara NOCOMMENT.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov cavab verib.
“Hər il olduğu kimi qış aylarında qripə yoluxma hallarının bir qədər çox olduğunu müşahidə edirik. Epidemioloji qanunauyğunluqlar əsasında deyə bilərik ki, mart ayında və daha sonra qripə yoluxma hallarının azalması gözlənilir. Ölkədə epidemioloji durum müvafiq səhiyyə qurumları tərəfindən ciddi izlənilir. Aparılan müşahidə və tədqiqatlar hazırda qrip infeksiyası ilə əlaqədar epidemioloji vəziyyətin nəzarət altında olmasını göstərir. Bu hallarda əlavə tədbirlərə ehtiyac duyulmur”.
Təyyar Eyvazov
İnfeksionist bildirib ki, qripin ağırlaşmaları 5 yaşın altında olan uşaqlar ilə yanaşı digər risk qruplarında da müşahidə edilir:
“Bunlara hamilələr, 65+ yaşlı insanlar və müxtəlif səbəbli immundefisiti və ağır yanaşı xroniki xəstəlikləri olan şəxslərdir. Vaksinasiya qeyd edilən bütün risk qruplarına daxil olan insanlar üçün ciddi tövsiyə olunur.
Həmçinin oxuyun
Ən çox rast gələn ağırlaşmalar əsasən pnevmoniya, həmçinin uşaqlarda orta qulağın iltihabı təsadüf olunur. Qripə qarşı vaxtında edilmiş vaksinasiya yoluxma hallarında xəstəliyin asimptomatik, bəzən yüngül və fəsadsız keçməsinə səbəb olur. Vaksin eyni dərəcədə bütün fəsadlardan şəxsi qoruyur və risk qruplarına daxil olan insanların peyvənd olunması bu məqsədi daşıyır”.
“Ümumi gigiyena tədbirlərinə əməl olunması tövsiyə olunur:
1. Əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca yuyulması. (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən, asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir).
2. Tənəffüs yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə bağlanması.
3. Xəstə insanlarla yaxın təmasdan çəkinmək
4. Tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları, oyuncaqlar) müntəzəm təmizlənməsi.
5. Kəskin respirator virus infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından yayınmaq.
6. Xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə evdə qalmalı və risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdan çəkinməlidirlər.
7. Körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi, çünki ana südü qoruyucu faktorları ehtiva edir”, – mütəxəssis yekunlaşdırıb.
20:45 / 05 Fevral 2026
44
20:25 / 05 Fevral 2026
77
20:06 / 05 Fevral 2026
134
19:54 / 05 Fevral 2026
177
19:44 / 05 Fevral 2026
81
19:35 / 05 Fevral 2026
224
19:33 / 05 Fevral 2026
44
19:22 / 05 Fevral 2026
46
19:15 / 05 Fevral 2026
60
19:08 / 05 Fevral 2026
117
18:58 / 05 Fevral 2026
93
18:55 / 05 Fevral 2026
709
18:42 / 05 Fevral 2026
62
18:21 / 05 Fevral 2026
161
18:11 / 05 Fevral 2026
196
18:07 / 05 Fevral 2026
68
17:41 / 05 Fevral 2026
109
17:37 / 05 Fevral 2026
121
17:27 / 05 Fevral 2026
81
17:19 / 05 Fevral 2026
117
17:12 / 05 Fevral 2026
25
16:46 / 05 Fevral 2026
68
16:41 / 05 Fevral 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.