48 Aptekdə Səhiyyə Yoxlaması Başladı
02 Fevral 2026, 15:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
95
02.02.2026, 11:44
Dövlət satınalmalarında fəal iştirak edən və milyonluq tenderlərin qalibi seçilən "Ricon" MMC etibarsız təchizatçılar siyahısına salınıb.
Oxu24.com -un əldə etdiyi məlumata görə, bu səbəbdən şirkətin 2027-ci ilin iyul ayına qədər satınalma müsabiqələrində iştirakına qadağa qoyulub.
Araşdırmalarımız zamanı məlum olub ki, "Ricon" MMC 2025-ci ildə 2 sifariş alıb. Satınalma müqavilələri Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi ilə imzalanıb. Müqavilələrin ümumi maliyyə dəyəri 4 279 647,10 manat təşkil edir.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi ilə bağlanmış müqavilədə Ağdam rayonu, Şahbulaq kəndi ərazisində yerləşən Şahbulaq qalasının bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi ilə imzalanmış müqavilədə isə 10 saylı Lənkəran Ərazi İdarəsinin inzibati binasında təmir və yenidənqurma işlərinin satın alınması nəzərdə tutulur.
Həmçinin oxuyun
"Ricon" MMC 11 iyun 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. "Ricon" MMC-nin veb-səhifəsi olsa da, aktiv deyil.
Şirkətin qanuni təmsilçisi Rəşad İsmayılov haqqında heç bir məlumata rast gəlinmir.
O da məlum olub ki, "Ricon” MMC "RVR LTD” MMC adı ilə fəaliyyət göstərib.
15:10 / 02 Fevral 2026
6
14:56 / 02 Fevral 2026
28
14:49 / 02 Fevral 2026
41
14:38 / 02 Fevral 2026
46
14:24 / 02 Fevral 2026
37
14:09 / 02 Fevral 2026
59
14:05 / 02 Fevral 2026
53
13:58 / 02 Fevral 2026
140
13:45 / 02 Fevral 2026
67
13:36 / 02 Fevral 2026
56
13:31 / 02 Fevral 2026
745
13:25 / 02 Fevral 2026
62
13:15 / 02 Fevral 2026
59
13:05 / 02 Fevral 2026
72
12:59 / 02 Fevral 2026
83
12:53 / 02 Fevral 2026
85
12:42 / 02 Fevral 2026
84
12:36 / 02 Fevral 2026
64
12:28 / 02 Fevral 2026
87
12:18 / 02 Fevral 2026
100
11:59 / 02 Fevral 2026
77
11:54 / 02 Fevral 2026
82
11:42 / 02 Fevral 2026
636
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.