Qaynar xətt:

(+99450) 247 90 86

3-cü qrup ixtisaslarına tələbat niyə azalıb? - AÇIQLAMA 

news/2026_01_30/photo_312772_1769798059.webp

CƏMİYYƏT

67

30.01.2026, 22:29

Xaricdə təhsil üzrə dövlət proqramının ixtisas siyahısı açıqlanıb və məlumatlara görə, 3-cü qrup ixtisaslarının sayı maksimum azaldılıb.

Maraqlıdır ki, 3-cü qrup ixtisasları ən çətin ixtisaslar sayılmasına baxmayaraq, niyə onlara tələbat bu qədər aşağıdır?

Oxu24.com xəbər verir ki Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri mövzu ilə bağlıRedaktor.az-a bildirdi ki, xaricdə təhsil üzrə dövlət proqramı ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul mexanizmini qarışdırmamaq daha məqsədəuyğundur.

"Bakalavriat səviyyəsinə qəbul zamanı birinci, ikinci, üçüncü, dördüncü və beşinci ixtisas qrupları yalnız qəbulun elementləridir. Amma ixtisasların bölgüsü təkcə bu qruplara görə müəyyənləşmir. Hər ixtisas müəyyən profilə aiddir: məsələn, İT profilli ixtisaslar kompüter mühəndisliyi, kompüter elmləri və s, ictimai-siyasi profilli ixtisaslar, dəqiq elmlər fizika-riyaziyyat, kimya-biologiya, humanitar profilli ixtisaslar, pedaqoji və s. Biz ixtisasları bu profillərə görə qruplaşdırmalıyıq ki, məsələyə daha dəqiq və fərqli aspektdən baxa bilək. Xaricdə təhsil üzrə dövlət proqramında ixtisasların siyahısı açıqlanıb və bəzi profillərdə ixtisasların sayında azalmalar müşahidə edilir. Bunun üçüncü qrupa aid imtahanların çətinliyi və ya müraciətlərin çoxluğu heç bir əlaqəsi yoxdur. Burada əsas rol əmək bazarının tələblərinə aiddir. Plan yerləri məhz əmək bazarının tələbatına uyğun müəyyən edilir.

Məsələn, humanitar profilli ixtisaslara əmək bazarında tələbat azaldığı üçün proqram üzrə onların sayı da azaldılıb. Yəni sadəcə humanitar profilli ixtisaslara əmək bazarında tələbat azaldığına görə, adı çəkilən proqram üzrə də siyahıda onların sayının azaldığını görürük. Artıq 21-ci əsrdir, süni intellekt dövrüdür. Çox təəssüf olsun ki, süni intellekt bir çox sahələrdə olduğu kimi, humanitar profilli sahələrə də öz sözünü deyir. Yəni artıq bəzi ixtisasların gələcək üçün, əmək bazarı üçün tələbatlılığı və önəmliliyi xeyli dərəcədə azalır. Dövlət də bunları hesablayır və öz detallı əsaslandırması ilə qəbul edir", - deyə o, əlavə etdi.