Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
02 Oktyabr 2026, 14:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1646
30.01.2026, 23:46
"Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin sayı rəsmi olaraq dəqiq bilinmir və mövcud ehtimallara görə bu rəqəm 500 mindən artıqdır, çünki daşınmaz əmlakın vahid kadastr və reyestr sistemi hələ tam formalaşmayıb. Bu sahədə olan məlumatlar tam dəqiqliyi əks etdirmir, bunu rəsmi şəxslər də açıq şəkildə etiraf edirlər".
Bu sözləri Oxu24.com-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.
AQC sədri əlavə edib ki, məhz buna görə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin qarşısında duran əsas vəzifə ölkə ərazisində mövcud olan bütün daşınmaz əmlak növlərinin tam siyahıya alınmasını təmin etməkdir ki, hansı əmlakın qeydiyyatda olduğu, hansının isə qeydiyyatdan kənarda qaldığı aydın şəkildə müəyyənləşdirilsin:
"Bu baxımdan əmlak amnistiyası ilə bağlı səsləndirilən fikirlər müsbət və ümidvericidir, çünki uzun illərdir bu problemin həllinin ən real yolu məhz amnistiya mexanizmi hesab olunur.
Əmlak amnistiyası tətbiq olunacağı təqdirdə, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində faktiki yaşayış məqsədi ilə tikilmiş fərdi evlərin hüquqi statusunun tanınması mümkün olacaq və bu, hazırda qanunsuz hesab edilən, lakin kommunal xidmətlərdən istifadə edən minlərlə ailənin problemini həll edə bilər. Bununla yanaşı, qeyd etmək lazımdır ki, yüksək gərginlikli elektrik xətlərinin altındakı, meşə zolaqlarında, strateji obyektlərin və kommunikasiya xətlərinin üzərində yerləşən tikililər mövcud qanunvericiliyə görə avtomatik olaraq qeydiyyata alına bilməz və bu cür hallarda fərdi yanaşma tələb olunur.
Belə vəziyyətlərdə ya həmin infrastrukturların köçürülməsinin maliyyə baxımından məqsədəuyğunluğu qiymətləndirilməli, ya da zərurət yarandığı halda tikililərin sökülməsi və müvafiq kompensasiya mexanizmi tətbiq olunmalıdır. Çünki əsas məqsəd vətəndaşları yerindən etmədən problemi daha az xərc və daha düzgün planlama ilə həll etmək olmalıdır".
Vüqar Oruc həmçinin vurğulayıb ki, bu gün hüquqi statusu olmayan evlərdə yaşayan vətəndaşlar faktiki olaraq mülkiyyətçi kimi bütün öhdəliklərini yerinə yetirirlər, vergi və kommunal ödənişlər edirlər, lakin hüquqi baxımdan bu əmlaklar onlara məxsus sayılmır və bu da ciddi hüquqi boşluq yaradır:
"Əmlak amnistiyası nəticəsində həmin evlər rəsmi qeydiyyata alındıqdan sonra vergi bazası genişlənəcək, daşınmaz əmlak bazarında təklif artacaq, qiymətlər müəyyən qədər tənzimlənəcək və bu əmlaklar kredit, alqı-satqı və digər iqtisadi dövriyyə proseslərinə cəlb oluna biləcək.
Hesab edirəm ki, 2026-cı ilin memarlıq və şəhərsalma ili elan olunması fonunda daşınmaz əmlak reyestrinin formalaşdırılması və qanuna uyğun tikililərə amnistiyanın tətbiqi ölkə üçün mühüm sosial və iqtisadi nəticələr verə bilər və əgər bu proses ardıcıl, şəffaf və ədalətli şəkildə aparılarsa, ilin sonuna qədər əmlak sahəsində uzun illərdir mövcud olan problemlərin böyük bir hissəsi öz həllini tapa bilər".
14:42 / 02 Oktyabr 2026
1
14:40 / 02 Oktyabr 2026
8
14:22 / 02 Oktyabr 2026
49
14:18 / 02 Oktyabr 2026
47
14:03 / 02 Oktyabr 2026
57
13:57 / 02 Oktyabr 2026
55
13:51 / 02 Oktyabr 2026
354
13:49 / 02 Oktyabr 2026
61
13:46 / 02 Oktyabr 2026
57
13:44 / 02 Oktyabr 2026
65
13:40 / 02 Oktyabr 2026
78
13:32 / 02 Oktyabr 2026
60
13:21 / 02 Oktyabr 2026
104
13:14 / 02 Oktyabr 2026
62
13:08 / 02 Oktyabr 2026
1274
12:52 / 02 Oktyabr 2026
97
12:39 / 02 Oktyabr 2026
167
12:36 / 02 Oktyabr 2026
64
12:34 / 02 Oktyabr 2026
86
12:31 / 02 Oktyabr 2026
74
12:29 / 02 Oktyabr 2026
72
12:25 / 02 Oktyabr 2026
67
12:21 / 02 Oktyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.