Ələkbərov bu biznesə bir maşının pulunu xərcləyib
02 Oktyabr 2026, 13:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
786
31.01.2026, 01:00
ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır, lakin Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində bildirib.
“Vəziyyət proqnozlaşdırılmazdır və bununla əlaqədar yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq”, - o deyib.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan bu narahatlıqlarını Vaşinqtona çatdırmayıb: “Biz bu məsələni ABŞ-la müzakirə etmirik və onlar da bu mövzuda bizimlə heç vaxt əlaqə saxlamayıblar”.
Prezidentin köməkçisinin sözlərinə görə, son günlərdə Azərbaycan rəsmiləri iranlı həmkarları ilə danışıqlar aparıblar.
Hikmət Hacıyev vurğulayıb ki, "İrandakı təhlükəsizlik vəziyyəti Azərbaycan tərəfinin dərhal müdaxiləsinə ehtiyac yaratmır, çünki rəsmi Bakı həmişə digər ölkələrin daxili işlərinə qarışmaqdan kənardır".
Prezidentin köməkçisi əlavə edib ki, Cənubi Qafqazın enerji mənbələri ilə zəngin dövləti olan Azərbaycan özünü İran və Rusiya arasında "iki dünya müharibəsi arasında” sıxılmış kimi hiss edir:
"Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi davam edir, eyni zamanda, İsrail və İran arasındakı qarşıdurma və ABŞ-ın həmin qarşıdurmada iştirakı da var".
14:22 / 02 Oktyabr 2026
5
14:18 / 02 Oktyabr 2026
16
14:03 / 02 Oktyabr 2026
45
13:57 / 02 Oktyabr 2026
48
13:51 / 02 Oktyabr 2026
242
13:49 / 02 Oktyabr 2026
54
13:46 / 02 Oktyabr 2026
53
13:44 / 02 Oktyabr 2026
55
13:40 / 02 Oktyabr 2026
66
13:32 / 02 Oktyabr 2026
54
13:21 / 02 Oktyabr 2026
95
13:14 / 02 Oktyabr 2026
58
13:08 / 02 Oktyabr 2026
1136
12:52 / 02 Oktyabr 2026
90
12:39 / 02 Oktyabr 2026
160
12:36 / 02 Oktyabr 2026
59
12:34 / 02 Oktyabr 2026
81
12:31 / 02 Oktyabr 2026
71
12:29 / 02 Oktyabr 2026
69
12:25 / 02 Oktyabr 2026
64
12:21 / 02 Oktyabr 2026
68
12:10 / 02 Oktyabr 2026
64
12:06 / 02 Oktyabr 2026
233
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.