Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı 

news/2026_01_28/rusty_1769618515.jpeg

CƏMİYYƏT

134

28.01.2026, 20:43

Yekaterinburqda azərbaycanlıların həbsində iştirak edən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları təltif ediliblər.

Oxu24.com  "Unikal.az"a istinadla xəbər verir ki, mərasim Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin geniş kollegiya iclası zamanı baş tutub.

Tədbirdə Prezidentin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artem Joqa, Sverdlovsk Polis İdarəsinin rəisi Aleksandr Meşkov, bölgənin baş prokuroru Boris Krılov və digər yüksək vəzifəli qonaqlar iştirak ediblər.

Qeyd edək ki, ötən il Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər.