Sürücülərin diqqətinə! Bu yolda DƏYİŞİKLİK EDİLDİ
02 Oktyabr 2026, 16:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1708
28.01.2026, 14:29
Azərbaycan bir sıra kəndlərinin əhalisi demək olar ki, artıq iri şəhərlərə yerləşib. Bakıya, Sumqayıta, Gəncəyə, Mingəçevirə… Kəndlərin böyük əksəriyyətində əmək qabiliyyətli şəxslər artıq azlıq təşkil edir.
Kəndlilərin təsərrüfatını qoyub şəhərə köçməsinin qarşısını almaq üçün nə etmək lazımdır?Hansı halda şəhərə köçmüş əhali geri qayıda bilər?
Oxu24.com-un suallına Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli cavablandırır.
O bildirir ki, kənddən şəhərə kütləvi köçün əsas səbəbi iqtisadi imkanların qeyri-bərabər bölgüsüdür: "Bu gün büdcə gəlirlərinin və idxalın təxminən 90 faizi Abşeron yarımadasında formalaşır, iqtisadi aktivlik əsasən Bakı və ətrafına cəmlənib. Nəticədə bəzi regionlarda iş yerləri azdır, gəlirlər aşağıdır və insanlar dolanışıq üçün şəhərə üz tutur"-deyə ekspert bildirir.
İqtisadçı kənddən şəhərə köçün qarşısını almağın yollarından danışarkən deyib ki, bunun üçün ilk növbədə iqtisadi disbalans aradan qaldırılmalıdır: "Yəni, iqtisadiyyat ölkə ərazisinə real şəkildə yayılmalıdır. Regionlarda sənaye zonaları, emal müəssisələri, aqroparklar və logistika mərkəzləri yaradılmalı, dövlət investisiyaları yalnız paytaxta yox, rayonlara yönəlməlidir. İş yeri kənddə olmasa, heç bir sosial təşviq insanı orada saxlaya bilməz. Kənd təsərrüfatı gəlirli sahəyə çevrilməlidir. Fermer məhsulu yalnız istehsal etməməli, onu emal edib satmaq imkanı da əldə etməlidir. Ucuz kreditlər, subsidiyaların daha ədalətli bölgüsü, texnika və bazara çıxış imkanları kənddə qalmağı iqtisadi baxımdan məntiqli edər”.
Təhsilin, səhiyyənin və infrastrukturun da bu məsələdə həlledici amillərdən olduğunu qeyd edən iqtisadçı bildirir ki, insan yalnız işə görə deyil, övladının təhsilinə, ailəsinin tibbi xidmətinə görə də şəhərə köçür:” Kəndlərdə keyfiyyətli məktəblər, xəstəxanalar, internet və yollar olmadan geri dönüş mümkün deyil. Şəhərə köçmüş əhali o halda geri qayıda bilər ki, kənddə qazancı şəhərdən aşağı olmasın və həyat keyfiyyəti arasında kəskin fərq qalmasın. Əgər regionda sabit iş, normal gəlir və sosial xidmətlər təmin olunarsa, xüsusən də orta yaşlı və ailəli əhali üçün geri dönüş real ola bilər. Yekunda problem kənddə insanların istəməməsi yox, iqtisadiyyatın bir mərkəzdə cəmlənməsidir. Bu disbalans aradan qalxmasa, köç prosesi davam edəcək. İqtisadiyyat Abşerondan regionlara yayılarsa, köç də tədricən tərsinə çevrilə bilər”- deyə Akif Nəsirli vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda urbanizasiya prosesi ötən əsrin 90-cı illərinin ortalarından başlayıb. Əhalinin kəndlərdən şəhərə axın etməsi, rayonların, kəndlərin boşalması, şəhərdə həddindən artıq sıxlıq yaranması, aqrar sektorda çalışanların azalması, o cümlədən, şəhərlərdə işsizlik probleminin artmasına səbəb olur. İnsanların rahat həyat arxasında şəhərə üz tutması son nəticədə paytaxt şəhərlərdə qarşısıalınmaz problemlərin yaranmasına gətirib çıxarır.
Əntiqə Rəşid
16:16 / 02 Oktyabr 2026
1
16:06 / 02 Oktyabr 2026
26
16:00 / 02 Oktyabr 2026
32
15:59 / 02 Oktyabr 2026
136
15:55 / 02 Oktyabr 2026
29
15:50 / 02 Oktyabr 2026
30
15:35 / 02 Oktyabr 2026
71
15:29 / 02 Oktyabr 2026
70
15:23 / 02 Oktyabr 2026
226
15:15 / 02 Oktyabr 2026
53
15:05 / 02 Oktyabr 2026
59
15:00 / 02 Oktyabr 2026
1271
14:48 / 02 Oktyabr 2026
169
14:45 / 02 Oktyabr 2026
83
14:43 / 02 Oktyabr 2026
87
14:42 / 02 Oktyabr 2026
62
14:40 / 02 Oktyabr 2026
66
14:22 / 02 Oktyabr 2026
77
14:18 / 02 Oktyabr 2026
62
14:03 / 02 Oktyabr 2026
78
13:57 / 02 Oktyabr 2026
69
13:51 / 02 Oktyabr 2026
580
13:49 / 02 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.