Prezident Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTOLAR
22 Yanvar 2026, 01:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
67
21.01.2026, 23:52
Dünyanın nüfuzlu mətbuat orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında və "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdəki çıxışından əsas məqamları işıqlandırıb.
Oxu24.com xəbər verir ki, Türkiyənin "Haber Global" televiziya kanalı Prezident İlham Əliyevin Davosda "Euronews" televiziyasına müsahibəsi barədə reportaj hazırlayıb. Videomaterilada Dövlət başçısının regionda və dünyada baş verən hadisələr barədə söylədiklərinə, xüsusilə Azərbaycanın Cənubi Qafqazda sülh üçün atdığı addımlara, Avropa Parlamentinin Rəsmi Bakıya qarşı qərəzli iddialarına dair fikirlərinə diqqət ayırıblar:
"Biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı "təcavüzkar mövqedə" olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər", - deyə Azərbaycan lideri bildirib.
Həmçinin oxuyun
01:57 / 22 Yanvar 2026
7
01:20 / 22 Yanvar 2026
31
00:44 / 22 Yanvar 2026
55
23:59 / 21 Yanvar 2026
67
23:48 / 21 Yanvar 2026
77
23:39 / 21 Yanvar 2026
64
23:19 / 21 Yanvar 2026
79
23:01 / 21 Yanvar 2026
73
22:48 / 21 Yanvar 2026
82
22:29 / 21 Yanvar 2026
71
22:15 / 21 Yanvar 2026
68
21:59 / 21 Yanvar 2026
103
21:45 / 21 Yanvar 2026
89
21:33 / 21 Yanvar 2026
90
21:06 / 21 Yanvar 2026
69
21:03 / 21 Yanvar 2026
81
20:59 / 21 Yanvar 2026
80
20:54 / 21 Yanvar 2026
94
20:54 / 21 Yanvar 2026
89
20:52 / 21 Yanvar 2026
70
20:49 / 21 Yanvar 2026
310
20:43 / 21 Yanvar 2026
82
20:40 / 21 Yanvar 2026
431
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.