Qaynar xətt:

(+99450) 247 90 86

Beyin istirahət tələb edir: alimlər günün ən təhlükəli saatını göstərdi

news/2025_12_16/ofis_iscisi_saglamliq_1765877519.jpg

CƏMİYYƏT

67

21.01.2026, 23:39

Günün ortasında yaşanan kəskin yorğunluq təsadüfi deyil və bunun elmi izahı var.

Oxu24.com xəbər verir ki, ABŞ-da 2 min ofis əməkdaşı arasında aparılan sorğuya əsasən, insanların məhsuldarlığı təxminən saat 14:06-da minimum həddə enir. Respondentlər bildiriblər ki, bu vaxtdan sonra gündəlik işləri yerinə yetirmək üçün ikiqat enerji sərf etməli olurlar.

Araşdırmalar göstərir ki, bu hal insan orqanizminin təbii bioloji ritmləri ilə bağlıdır. Hələ 2017-ci ildə aparılan elmi tədqiqatlar sübut edib ki, oyandıqdan 7–8 saat sonra bədən temperaturu enir və beyin bunu istirahət üçün təbii siqnal kimi qəbul edir.

Alimlər hesab edirlər ki, bu mərhələdə orqanizmi məcburən yükləmək əks-effekt verir.

Ən doğru yanaşma isə həmin saatlarda:

daha az məsuliyyət tələb edən işlərə üstünlük vermək;

qısa fasilələrlə beyni və bədəni bərpa etməkdir.