Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
14 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
722
21.01.2026, 14:39
Tarix bəzən arxivlərdə yox, kadr arxasında yazılır. Rəsmi protokollarda deyil, gözümüzə ilişən xırda detallarda özünü göstərir. Şəhidlər Xiyabanında çəkilmiş bu iki foto da məhz belə anlardandır. Sözsüz, izahsız, amma çox şey deyən anlardan.
Yağış yağır. Səma boz, hava ağırdır. Məkan isə Azərbaycanın ən müqəddəs ünvanlarından biridir – Şəhidlər Xiyabanı. Buraya gələn hər kəsin statusu, titulu, vəzifəsi qapıda qalmalıdır. Çünki burada yalnız bir ad var: Vətən.
Bir fotoda ölkə başçısı İlham Əliyev görünür. Prezidentdir. Dövlətin bütün rəsmi atributları onun üzərində cəmlənib. Amma bu fotoda nə protokol var, nə müşayiət edən izdiham, nə də süni ehtiram. İlham Əliyev yağış altında öz çətirini özü tutur. Sakit, təmkinli, sadə. Bir dövlət başçısı kimi yox, bir vətəndaş, bir azərbaycanlı kimi.
Bu sadə detal əslində böyük bir siyasi və mənəvi mesajdır. Prezident olmaq onu xalqdan ayırmır. Əksinə, o, bu davranışı ilə göstərir ki, dövlət başçısı olmaq imtiyaz deyil, məsuliyyətdir. Və bu məsuliyyətin içində “mənə çətir tut” düşüncəsi yoxdur.
Digər fotoda isə akademik İsa Həbibbəyli var. AMEA-nın müxbir üzvü, illərlə elm cameəsində olan bir şəxs. O da eyni məkandadır, eyni yağış altındadır. Amma fərq ondadır ki, çətiri başqasının əlindədir. Kimsə onun üzərində dayanıb, onu yağışdan qoruyur. Sanki bu məkan onun üçün də bir az “xüsusi” hazırlanıb.
Və bu an sual yaranır: Əgər Prezident öz çətirini özü tutursa, akademik niyə tutmur?
Bu sual şəxsi deyil, simvolikdir. Burada məsələ İsa Həbibbəylinin şəxsiyyətindən daha çox, təfəkkür tərzidir. Elmi titul insanı ucaldırmı, yoxsa insan elmi titulunu ucaldır? Şəhidlərin ruhu qarşısında kim daha sadə durmalıdır – ölkə başçısı, yoxsa akademik?
Elm həmişə təvazökarlıq tələb edib. Akademik ad insanı xalqdan bir addım yuxarı qaldırmaq üçün yox, xalqa bir addım yaxınlaşdırmaq üçündür. Amma bu fotoda biz əksini görürük: titulun davranışı üstələdiyi bir anı.
Şəhidlər Xiyabanı xidmət göstərilən yer deyil. Ora gələn hər kəs başqasının çətiri altında yox, öz vicdanı altında dayanmalıdır. Çünki bu torpaq kimsənin çətir tutduğu yox, minlərlə gəncin sinəsini sipər etdiyi torpaqdır.
İlham Əliyevin sadəliyi illərdir müzakirə olunur. Bu sadəlik bəzən geyimində, bəzən davranışında, bəzən də belə xırda, amma mənalı anlarda üzə çıxır. O, bu fotoda prezidentliyini nümayiş etdirmir. Əksinə, prezidentliyin nə demək olduğunu göstərir.
İsa Həbibbəylinin fotosu isə istər-istəməz suallar doğurur. Elm adamı üçün bu, tənqid yox, xəbərdarlıq olmalıdır. Çünki xalq bu cür detalları artıq görür, oxuyur, müqayisə edir. Dövr dəyişib. Süni böyüklük xırda detallarda ifşa olunur.
Bu iki foto bizə bir həqiqəti xatırladır: Böyüklük vəzifə ilə ölçülmür. Böyüklük davranışla ölçülür.
Prezident öz çətirini özü tutanda, bu sadəcə bir jest deyil. Bu, dövlətin necə idarə olunduğunun vizual ifadəsidir. Sadəlik yuxarıdan başlayanda, cəmiyyət də sadələşir.
Turan Etibaroğlu
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.