Qaynar xətt:

(+99450) 247 90 86

Prezident TƏSDİQLƏDİ: Eskpert detalları açıqladı   —Əmək haqqının azı 3 misli miqdarında müavinət KİMLƏRƏ VERİLƏCƏK?

Prezident TƏSDİQLƏDİ: Eskpert detalları açıqladı   —Əmək haqqının azı 3 misli miqdarında müavinət KİMLƏRƏ VERİLƏCƏK?

CƏMİYYƏT

16572

21.01.2026, 11:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Bir neçə gün əvvəl əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişiklik edilməsi  Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanunun ictimaiyyət arasında müsbət yönlü müzakirəsi  getdiyi üçün  Oxu24.com bu qanun  dəyişikliyi ilə bağlı   Liberal İqtisadçılar Birliyinin sədri,  iqtisadi məsələlər üzrə ekspert  Akif Nəsirlinin  fikirlərini öyrənib. 

Əmək Məcəlləsinə edilən bu dəyişiklik sosial baxımdan müsbət qiymətləndirilə bilər. Hərbi və ya alternativ xidmətə çağırılan işçi faktiki olaraq əmək bazarından müvəqqəti kənarlaşır və bu müddətdə onun gəlir imkanları ciddi şəkildə məhdudlaşırdı. Orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinətin müəyyən edilməsi həmin dövr üçün işçinin və ailəsinin maliyyə yükünü qismən də olsa yüngülləşdirir.

- Bu dəyişiklik dövlətin hərbi xidmətə gedən vətəndaşın sosial təminatına daha məsuliyyətli yanaşmasının göstəricisi kimi qəbul edilə biərmi?

- Əlbəttə ki, bu belədir.  Xüsusilə, indiki iqtisadi şəraitdə iki orta aylıq əməkhaqqı həcmi bir çox hallarda kifayət etmirdi və işçi xidmətə maddi narahatlıqla yollanırdı. Üç aylıq müavinət isə həm psixoloji rahatlıq yaradır, həm də işçinin borc, kirayə və gündəlik xərclərini qarşılamaq baxımından daha real dəstəkdir. 

- Bu işəgötürən tərəf üçün  yük hesab oluna bilərmi?

- Bu qərar işəgötürənlər üçün əlavə maliyyə öhdəliyi deməkdir. Xüsusilə,kiçik və orta sahibkarlıq subyektləri üçün bu yük hiss oluna bilər. Lakin, nəzərə almaq lazımdır ki, söhbət istisna haldan – hərbi xidmətə çağırışdan gedir və bu, kütləvi xarakter daşımır. Üstəlik, sosial dövlət anlayışı müəyyən hallarda işəgötürənin də məsuliyyət daşımasını zəruri edir. 

- Deməli, əsgərlikyə gedən gənclər geri dönəndə narahat olmayacaq , sıxıntı keçirməyəcəklər…  

- Bəli, bu dəyişiklik eyni zamanda hərbi xidmətin nüfuzunun artırılmasına da xidmət edir. Vətəndaş anlayır ki, dövlət onun xidmətini yalnız vəzifə kimi yox, sosial təminatla müşayiət olunan məsuliyyətli bir mərhələ kimi dəyərləndirir. Bu da cəmiyyətdə hərbi xidmətə münasibətin daha sağlam formalaşmasına təsir göstərir. Ümumilikdə, Əmək Məcəlləsinə edilən bu düzəliş balanslı qərar təsiri bağışlayır. O, nə tamamilə işəgötürənin maraqlarını zərbə altına alır, nə də işçini sosial risklərlə təkbətək qoyur. Əsas məsələ bundan sonra qanunun icrasına nə dərəcədə ciddi nəzarət olunacağı və müavinətlərin real olaraq gecikdirilmədən ödənilib-ödənilməyəcəyidir. İctimai maraq baxımından bu dəyişiklik müsbət qarşılanmalı və sosial təminatların genişləndirilməsi istiqamətində atılan addımlardan biri kimi dəyərləndirilməlidir.

Xatırladaq ki,  daha əvvəl işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəyirdi.

Qanuna əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.

Əntiqə Rəşid

Digər xəbərlər

Prezidentin  qurultaydakı çıxışının əsas mesajı da bunu ifadə edirdi: Ana xətt dəyişməz qalır

20:42 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezidentin  qurultaydakı çıxışının əsas mesajı da bunu ifadə edirdi: Ana xətt dəyişməz qalır

10

0
Bu xanıma Mərkəzi Bankda vəzifə verildi 

20:40 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu xanıma Mərkəzi Bankda vəzifə verildi 

15

0
Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

20:28 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

33

0
medialiteracy-media-gov
"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

20:24 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

24

0
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq etdi - VİDEO

20:18 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq etdi - VİDEO

46

0
"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

20:16 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

43

0
"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

20:10 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

46

0
"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

19:59 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

45

0
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

19:57 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

128

0
YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

19:47 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

67

0
"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

19:39 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

86

0