İmtahanla bağlı rəsmi AÇIQLAMA: BU TARİXDƏ KEÇİRİLƏCƏK
16 Yanvar 2026, 12:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
83
16.01.2026, 09:30
Azərbaycanda ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin sayı son illərdə artmağa davam edir. Ötən tədris ilində dövlət və özəl ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələrində 7472 nəfər xarici vətəndaş təhsil alıb. Bu göstərici 2024-2023-cü il tədris ilində 6680, 2020-2021-ci illərdə isə 5256 nəfər olub.
Oxu24.com xəbər verir ki Modern.az 2025–2026-cı tədris ilində əcnəbi tələbələrin əsasən hansı ali təhsil müəssisələrində təhsil aldığını müəyyənləşdirmək məqsədilə universitetlər arasında sorğu keçirib.
Ölkəmizdə xarici tələbələrin ən çox üz tutuduğu ali təhsil mərkəzi Azərbaycan Tibb Universitetidir. Burada 2216 əcnəbi vətəndaş təhsil alır. Onların 1045-i Türkiyə, 413-ü İran, 251-i Hindistan, 115-i Rusiya, 95-i isə Suriya vətəndaşıdır. Həmçinin Pakistan vətəndaşlığı olan tələbələrin sayı 57, Gürcüstan 45, İraq 24, İordaniya 26 və Misirdən isə 16-dır.
Bundan başqa, Qazaxıstandan 9 tələbə, 3 rezident və 1 magistr, Yəməndən 11 tələbə və 1 doktorant, Fələstindən 12 tələbə və 1 rezident, Livandan 2 tələbə və 1 rezident, Çaddan isə 3 tələbə və 1 rezidentin Azərbaycanda təhsil aldığı bildirilir.
Məlumatda həmçinin az sayda tələbə ilə təmsil olunan ölkələr də yer alıb. ABŞ, İsrail, Kanada, Böyük Britaniya, İsveç, İndoneziya, Liviyə, Eritreya, Surinam, Mavritaniya, Zambiya, Malavi, Nepal, Almaniya, Belarus, Ukrayna, Türkmənistan, Qırğızıstan, Keniya, Mali, Botsvana, Zimbabve, Kamerun, Honduras, Kolumbiya, Maldiv, Burundi, Cibuti, Qambiya və digər ölkələrdən bir və ya bir neçə nəfər Azərbaycanda təhsil alır.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumata görə, hazırda bu universitetdə təhsil alan 31 ölkədən, 669 əcnəbi tələbə var.
Ən çox tələbə olan ölkələr Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan və Ukraynadır. Belə ki, Gürcüstandan 258, Rusiyadan 255, Türkiyədən 33, Qazaxıstanda 27, Ukraynadan isə 21 tələbə UNEC-də təhsil alır.
Azərbaycan Diplomatik Akademiyasında 2025-2026-ci tədris ilində təhsil alan ümumi əcnəbi tələbələrin sayı 243-dür. Xarici tələbələrin 68-i Rusiya, 65-i Gürcüstan, 14-ü Qazaxıstam, 11-i İran və 9-u Tacikistan vətəndaşıdır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə hazırda ümumilikdə 500 dən çox xarici tələbənin təhsil aldığı bildirilib. İlk sırada 82 nəfərlə Türkiyə, daha sonra 54 nəfərlə Gürcüstan və 46 nəfərlə Rusiya gəlir. Maraqlı məqam ondan ibarətdir ki, ilk beşliyə düşən ölkələr arasında Suriya və Somali də var. Belə ki, ADNSU-da təhsil alan Suriyalıların sayı 13, Somali vətəndaşlarının sayı isə 11-dir.
Həmçinin oxuyun
Azərbaycan Dövlət Pedoqoji Universitetindən isə sorğumuza cavab olaraq bildirilib ki, universitetdə ümumilikdə 110 nəfər əcnəbi vətəndaş təhsil alır. Tələbələrin əksəriyyəti,- 49 nəfər Türkiyə, 32-si Gürcüstan və 18-i Rusiya vətəndaşıdır.
Bakı Slavyan Universitetindən bildirilib ki, bu ali təhsil mərkəzindən hazırda 170 xarici tələbə təhsil alır. Xarici tələbələrin ölkələr üzrə təmsilçiliyinə gəldikdə isə, onların əsas hissəsi Gürcüstan, Rusiya, Çin, Türkiyə, Pakistan, Qazaxıstan və Belarus vətəndaşlarından ibarət olduğu qeyd edilib.
Özəl Universitetlərə gəldikdə isə, hazırda Azərbaycan Avrasiya Universitetində 126 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrin ən çox təmsil olunduğu 5 ölkə 53 nəfərlə Pakistandır, ikinci sırada 22 nəfərlə Nigeriya və daha sonra 15 nəfərlə Gürcüstan gəlir. İlk beşliyi 13 nəfərlə Rusiya və 8 nəfərlə Türkiyə tamamlayır.
Xəzər Universitetinin mətbuat xidmətindən bilidrilib ki, hazırda universitetdə 120-ə yaxın xarici tələbə təhsil alır. Onlar əsasən Türkiyə, Gürcüstan, Rusiya, Əfqənistan və Pakistan vətəndaşlarıdır.
2025-2026 tədris ilində Azərbaycan Universitetində isə 40 əcnəbi tələbə təhsil alır. Onlardan 19 nəfər Gürcüstan, 9 nəfər Türkiyə, 4 nəfər Pakistan, 3 nəfər Rusiya, 2 nəfər isə Suriya, 1 nəfər Qazaxıstan, 1 Mərakeş, 1 nəfər isə Əfqanıstan vətəndaşıdır.
P.S: Bakı Dövlət Universiteti və Bakı Ali Neft Məktəbi sorğuya cavab vermədikləri üçün məqalədə yer almayıb.
12:51 / 16 Yanvar 2026
15
12:44 / 16 Yanvar 2026
24
12:19 / 16 Yanvar 2026
214
12:15 / 16 Yanvar 2026
145
12:11 / 16 Yanvar 2026
37
11:59 / 16 Yanvar 2026
36
11:57 / 16 Yanvar 2026
128
11:48 / 16 Yanvar 2026
172
11:40 / 16 Yanvar 2026
95
11:25 / 16 Yanvar 2026
63
11:25 / 16 Yanvar 2026
109
11:22 / 16 Yanvar 2026
44
11:14 / 16 Yanvar 2026
138
11:11 / 16 Yanvar 2026
370
11:08 / 16 Yanvar 2026
89
11:05 / 16 Yanvar 2026
189
11:01 / 16 Yanvar 2026
110
10:57 / 16 Yanvar 2026
99
10:48 / 16 Yanvar 2026
108
10:46 / 16 Yanvar 2026
540
10:44 / 16 Yanvar 2026
66
10:41 / 16 Yanvar 2026
59
10:38 / 16 Yanvar 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.