Ərdoğanın varisi o olacaq - KİV
16 Yanvar 2026, 13:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
191
16.01.2026, 11:48
Ermənilər artıq “xəyal qırıqlığı”na uğradıqlarının fərqindədirlər və bu onları dərindən təsirləndirir.
2020- ci ilin 44 günlük müharibəsi ərəfəsində Rusiyaya böyük ümidlər bəsləyən Ermənistan hələ Tovuz döyüşləri zamanı elə ruhlanmışdılar ki, əvvəlki illərdəki kimi (1992-2014) Rusiyanın hərbi gücündən və dəstəyindən yararlanaraq yenə də üstünlük əldə edəcəklərinə qəti şəkildə əmin idilər.
Ermənilərin puç olan "Rusiya ümidləri"
Məlumdur ki, Rusiya elə əvvəlki illərdəki kimi ermənilərdən nə silah, nə də dəstəyini əsirgədi. Amma Azərbaycan ordusunun hazırlığı, döyüş əzmi, inadkarlığı, eyni zamanda, Azərbaycanın həm də siyasi arenada, beynəlxalq aləmdə haqlı olduğunu sübut etməsi sayəsində tarixi qələbəmiz baş tutdu.
Nəinki, işğal altındakı torpaqlarımız düşməndən azad oldu, həmçinin 32 ildən bir çox cinayətlərə imza atmış separatçı, terrorçu ermənilər qanun qarşısında cavab verdilər. Digər ermənilər isə Qarabağdan könüllü olaraq çıxıb getdilər.
Ermənilər üçün faciə məğlubiyyət yox, “sülhməramlı” adı altında Qarabağa yerləşmiş rus ordusunun prosesə qarışa bilməməsi idi. Onlarda özlərinə qarşı bu “soyuqluğu” və müdafiə sizliyi gördükdən sonra “qardaş xəyanəti” kəlməsini dillərinə doladılar. Daha dəqiq, artıq əvvəlki illərdəki kimi, “böyük qardaşımız” sözü əvəzinə leksikonlarına “xəyanətkar Rusiya , satqın Putin” sözlərini əlavə etdilər. Bu o demək idi ki, Ermənistan artıq 100 ilərdir güvəndiyi, buna görə Qafqazda istədiyi qədər qan tökməkdə sərbəst olmayacaq.
“Azərbaycan siyasəti Rusiyanı ələ aldı” fikrini isə Rusiya sülhməramlıları Azərbaycanı tərk etdikdən sonra ermənilərin gəldikləri qənaətdir. Rusiyanın sonuncu addımı – Azərbaycanı tamamilə tərk etməsi , qonşularımızda 44 günlük müharibədə aldıqları zərbə və ugursuzluqdan daha ağır effekt verdi.
Ermənilərin puç olan " İran ümidləri"
Həmçinin oxuyun
“Rusiyanın onları müdafiə edəcəyi” fikrindən əli çıxmış ermənilər bu dəfə gözlərini regionun ikinci ən böyük dövlətinə- İran İslam Respublikasına dikdilər. Xüsusən , İranın ”Zəngəzur bizim qırmızı xəttimizdir” söylədiyi hər açıqlamadan sonra bunu ermənilər ağır travmalardan sonra özlərinə təsəlli kimi qəbul edirdilər. 2021-2022-ci illərdə bir-birindən ayrılmaz ikili olmasını hər görüş, çıxış, konfrans və məqalələrdə sərgilədilər. 2023-cü ilin sentyabrın birinci ongünlüyünün sonunda , daha dəqiq, 11 sentyabrdan 20-nə qədər Ermənistanda ABŞ ilə birgə “EAGLE PARTNER 2023” hərbi təlimləri keçirdi. İran “qardaş” Ermənistanın bu addımından incik düşdü. Çünki onun əzəli və əbədi düşməni olan ABŞ ordusu sərhədlərinin bir addımlığında idi. İran buna cavab olaraq 11 sentyabrda İran nümayəndə heyəti Bakıya rəsmi səfər etdi və Hərbi Qənimətlər Parkını ziyarət etdilər.
Təlimlər getdiyi zamanda - 2023-cü il 19 sentyabr ayında Azərbaycanın Qarabağda baş tutan antiterror əməliyyatı zamanı Rusiyanın Qarabağda göstərə bilmədiyi ənənəvi dəstəyi İrandan gözləsələrdə İran prosesə seyriçi qaldı. İranın susqunluğu əslində Ermənistanın cəzalanması idi.Düzdür, dəfələrlə İran Azərbaycana qarşı təhdid, tənqid, hətta təhqiramiz fikirlər söylədi, hədələr göndərdi, amma bu sözdən başqa bir şey deyildi. Hazırda İranın israrla söylədiyi “qırmızı xətti“ çoxdan cəhənnəmə vasil olub və əvəzində “Tramp yolu “ layihəsi regionda icra olunmağa hazırlanır.
Bunu özlərinə 3-cü ən böyük itki, məğlubiyyət və uğursuzluq olduğunu bildirən ermənilər sarsıntılarını biruzə verməməyə çalışırlar.
Ermənilərin "Azərbaycan arzusu" ürəklərində yara bağlayıb
Amma, erməni iş adamı, tanınmış biznesmen və hazırda siyasətin içində olan Qarik Qazaryan hisslərini və siyasi fikirlərini gizlətməkdə çətinlik çəkib . Beləki, o özününün siyasi analizi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda ermənilərə əslində Ermənistanın düşdüyü durumu anlatmağa çalışıb:
Qarik Qazaryan yazır:
-İran hazırda Rusiyanın Qarabağda uğursuzluğundan iki dəfə çox uğursuz oldu.
Rusiyanın uğursuzluğu açıq və gözlənilən idi.Rusiya müharibəyə "sülh məramlı" kimi girdi, əslində isə öz hesablamaları var idi.
- müharibəni dayandırmadı,
- Qarabağın Ermənistanın son narazılığına (antiterror əməliyyatı) mane olmadı
- Qarabağdan həm Ermənistana, həm də Azərbaycana təzyiq vasitəsi kimi istifadə etdi.
Bu, ucuz, amma sistemli, klassik rus siyasəti idi.
İranın uğursuzluğu strateji və tarixidir
İran illərdir ki, "Zəngəzur qırmızı xəttdir", "İsrail sərhədlərimizə yaxınlaşmayacaq" desə də , amma 44 günlük müharibədən sonra başqa müddəlar açıqlayır:
1. İsrail faktiki olaraq Azərbaycanda gücləndi,
2. İranın şimalında Türkiyə-Azərbaycan tandemi güclənib
İranın hərəkətə keçmək üçün daha geniş imkanları var idi, amma yararlanmadı. Buna görə İran regional kommunikasiyalarla bağlı oyundan kənarda qaldı.Halbuki, İran logistika, hərbi, siyasi səviyyələrə sahib idi və dərhal təhlükəsizliyini təmin etməyə başlamalıydı ( Ermənilər bu fikirdədirlər ki, İran Azərbaycana hücum etməli idi )
Ancaq İranın siyasi manerası açıqlamalar və nümayişkaranə söz oyunundan o tərəfə addım ata bilmədi. İran hərəkətə keçə bilmədi. Beləliklə, İran regional kommunikasiyalarla bağlı oyundan kənarda qaldı.
Nəticədə Rusiya Qarabağda "dəstək" kimi uduzubsa, İran öz həyati maraqlarını qoruya bilməyən regional güc kimi uduzub.
Və sonda:
Rusiya Qarabağda qalib olmaq marağında deyildi və qalib gəlmək istəmədiyi üçün uğursuzluq baş verdi, İran vaxtında addım atmağa qorxduğu üçün uğursuzluq oldu, əlbəttə ki, ikincisi daha təhlükəlidir, həm onun üçün, həm də bizim üçün”.
Qalib gələn qardaşlıq
Qazaryan və bütün ermənilər gözləyirmiş ki, İran pafosla Azərbaycanı hədə , təhdid, təhqir hədəfinə tutandan sonra mütləq Azərbaycana hərbi müdaxilə edəcək, Azərbaycanda “yerləşmiş İsraildən qorunmaq” üşün qonşusunu bombalayacaq, işğal edib, şil-şülküt günə qoyduğu Azərbaycanın regiondakı sözünü əlindən alacaq. Hətta “Tramp yolu” layihəsini ya ləğv edəcək, ya da bu layihənin aparıcı qüvvəsi olacaq.
Təbii ki, İran kimi dövlətçilik strategiyası uzun illərə dayanan, 90 milyonluq əhalisi , dünyada 17-ci yerdə duran 1,648,195 km² ərazisi, ümumi şəxsi heyəti təxminən 523,000 – 534,000 nəfər olan ordusu olan böyük bir dövlətin Azərbaycan kimi kiçik bir ölkəni anında işğal etmək gücü bəllidir. Amma var olsun qardaşlıq, var olsun Türkiyə!
Bu gün Azərbaycan dövləti və xalqı Rusiya kimi bir ayının, İran kimi bir şirin, Ermənistan kimi bir çaqqalın pəncələrində deyilsə, demək qardaşlığımızın qədrini bilməliyik.
Əntiqə Rəşid
13:32 / 16 Yanvar 2026
5
13:29 / 16 Yanvar 2026
14
13:26 / 16 Yanvar 2026
18
12:51 / 16 Yanvar 2026
102
12:44 / 16 Yanvar 2026
37
12:19 / 16 Yanvar 2026
291
12:15 / 16 Yanvar 2026
195
12:11 / 16 Yanvar 2026
44
11:59 / 16 Yanvar 2026
40
11:57 / 16 Yanvar 2026
162
11:40 / 16 Yanvar 2026
108
11:25 / 16 Yanvar 2026
66
11:25 / 16 Yanvar 2026
112
11:22 / 16 Yanvar 2026
46
11:14 / 16 Yanvar 2026
141
11:11 / 16 Yanvar 2026
427
11:08 / 16 Yanvar 2026
95
11:05 / 16 Yanvar 2026
217
11:01 / 16 Yanvar 2026
111
10:57 / 16 Yanvar 2026
103
10:48 / 16 Yanvar 2026
109
10:46 / 16 Yanvar 2026
604
10:44 / 16 Yanvar 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.