Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1265
16.01.2026, 12:51
Son günlər İranda baş verən ictimai-siyasi proseslər region ölkələrində də diqqətlə izlənilir. Xüsusilə bu hadisələrin səbəbləri ətrafında müxtəlif müzakirələr aparılır.
İranda nə baş verdi ki,insanlar küçələrə axışdı?
Mövzu ilə bağlı Oxu24.com-un müxbirinin sualını Milli Məclisin deputatı, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu cavablandırıb.
Deputatın sözlərinə görə,İranda baş verən proseslər, hər şeydən əvvəl, ölkə iqtisadiyyatında mövcud olan dərin böhranla bağlıdır.
"Lakin baş verənləri yalnız iqtisadi amillərlə izah etmək də düzgün olmaz. Azərbaycan hər zaman İranda sabitliyin, rifahın və təhlükəsizliyin tərəfdarı olduğu üçün hadisələrin obyektiv səbəblərini açıq şəkildə göstərmək vacibdir.
İran uzun illərdir ki, dövlət təzyiqi altında yaşayan vətəndaşlar üzərində bu təzyiqləri daha da artırır. Ölkənin xarici siyasəti İrana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasına səbəb olub ki, bu da birbaşa vətəndaşların gündəlik həyatında, ailə büdcəsində ciddi şəkildə hiss olunur.
Bununla yanaşı, İran vətəndaşlardan toplanan vergilər hesabına ölkə hüdudlarından kənarda müxtəlif məqsədlər üçün külli miqdarda vəsait xərcləyib. Bu isə nəticə etibarilə dövlət büdcəsinə və sosial sahəyə mənfi təsir göstərir. İran illərdir məqsədyönlü şəkildə öz ideoloji xəttini, irançılıq ideologiyasını ixrac edir və bunun üçün böyük maliyyə resursları sərf olunur. Bütün bunlar isə vətəndaşların sosial vəziyyətini daha da ağırlaşdırır.
Təbii ki, sadalanan bütün bu faktorlar bir-birinin üzərinə gələrək hazırkı böhran vəziyyətini formalaşdırır. Mənə elə gəlir ki, mövcud siyasi komanda və İran prezidenti artıq bunu açıq şəkildə etiraf edir ki, ölkədə ciddi problemlər var. Bu, əslində, doğru yanaşmadır. Çünki problemin mövcudluğunu etiraf etmədən onun həlli yollarını tapmaq mümkün deyil.
Lakin problemlər təkcə mənim sadaladığım məsələlərlə məhdudlaşmır. İran artıq dərin və sistemli islahatlara getməli, bu problemlərin öhdəsindən gəlməlidir"-deyə millət vəkili qeyd edib.
Hazırladı: Turan Etibaroğlu
19:36 / 14 Noyabr 2026
72
19:15 / 14 Noyabr 2026
59
19:12 / 14 Noyabr 2026
71
19:05 / 14 Noyabr 2026
73
18:50 / 14 Noyabr 2026
70
18:43 / 14 Noyabr 2026
85
18:21 / 14 Noyabr 2026
604
18:09 / 14 Noyabr 2026
106
18:06 / 14 Noyabr 2026
447
18:03 / 14 Noyabr 2026
95
17:18 / 14 Noyabr 2026
173
17:15 / 14 Noyabr 2026
113
16:20 / 14 Noyabr 2026
123
16:05 / 14 Noyabr 2026
170
15:45 / 14 Noyabr 2026
127
15:27 / 14 Noyabr 2026
303
15:25 / 14 Noyabr 2026
145
15:07 / 14 Noyabr 2026
282
15:05 / 14 Noyabr 2026
146
14:44 / 14 Noyabr 2026
288
14:31 / 14 Noyabr 2026
133
14:24 / 14 Noyabr 2026
791
14:19 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.