Nazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib
02 Oktyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
13545
16.01.2026, 12:15
2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib.
Bu barədə Oxu24.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Məlumata görə, 2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər olub, onlardan 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 14,0 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
23:39 / 02 Oktyabr 2026
29
23:31 / 02 Oktyabr 2026
79
23:27 / 02 Oktyabr 2026
32
23:24 / 02 Oktyabr 2026
36
23:22 / 02 Oktyabr 2026
36
23:15 / 02 Oktyabr 2026
38
23:09 / 02 Oktyabr 2026
56
22:57 / 02 Oktyabr 2026
152
22:52 / 02 Oktyabr 2026
51
22:37 / 02 Oktyabr 2026
59
22:28 / 02 Oktyabr 2026
70
22:27 / 02 Oktyabr 2026
60
22:25 / 02 Oktyabr 2026
107
22:23 / 02 Oktyabr 2026
69
22:14 / 02 Oktyabr 2026
68
22:09 / 02 Oktyabr 2026
58
21:56 / 02 Oktyabr 2026
84
21:55 / 02 Oktyabr 2026
918
21:54 / 02 Oktyabr 2026
71
21:52 / 02 Oktyabr 2026
65
21:43 / 02 Oktyabr 2026
68
21:42 / 02 Oktyabr 2026
59
21:35 / 02 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.