“Su çərşənbəsi min illərdir bu inanca görə unudulmayıb”— Folklorşünas alimdən açıqlama
24 Fevral 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
516
30.11.2025, 10:09
Bu həftə də parlamentdə gələn ilin büdcə müzakirələri davam etdi və bu prosesdə diqqət çəkən məsələlərdən biri inflyasiyanın səviyyəsi ilə bağlı proqnozlardır. Hazırda müzakirələr həmçinin ərzaq məhsullarının qiymətlərində artımın baş verib-verməyəcəyi məsələsini də əhatə edir. Əksər iqtisad ekspertləri hesab edirlər ki, gələn il qiymət artımı müşahidə olunacaq. Bununla belə, rəsmi göstəricilər göstərir ki, inflyasiya, bu ilin səviyyəsi ilə müqayisədə, daha aşağı olacaq.
Bəs gələn il ərzaq məhsulları nə qədər arta bilər?
Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Musavat.com-a danışıb:
"Mərkəzi Bank 2026-cı il üçün orta illik inflyasiyanı təqribən 5,3 % olaraq proqnozlaşdırır. Başqa bir rəsmi mənbə olan İqtisadiyyat və Maliyyə Nazirliyi 2026-cı ildə inflyasiyanın 4,8 % səviyyəsində olacağını bildirir. Lakin bir məqamı diqqətinizə çatdırım ki, inflyasiyanın ümumi göstəricisi bütün xərcləri əhatə etsə də, ərzaq qiymətləri adətən inflyasiyada fərqli trayektoriyaya malik olur. Cari verilənlər onu göstərir ki, 2025-ci ilin ilk doqquz ayında ərzaq məhsullarının qiymətləri 7,4 % artıb. Məsələn, son statistikaya görə, oktyabr ayında ərzaq inflyasiyası 8,2 % ətrafında idi. Bu da deməkdir ki, ümumi inflyasiya 4-6 % civarında olsa belə, ərzaq məhsullarında illik qiymət artımı 6-9 % arasında baş verib. Bundan əlavə, rəsmiləşdirilmiş istehlak-qiymətləri indeksindən fərqli olaraq, real bazar qiymətlərini yəni, qeyri-rəsmi inflyasiyanı da nəzərə almalıyıq".
Həmçinin oxuyun
İqtisadçı alim qeyd edib ki, rəsmi göstəricilər əsasında ortalama ərzaq bahalaşması 7-8 % görünsə də, reallıqda bəzi məhsullar üzrə artım bundan xeyli yüksəkdir:
"Yəni qeyri-rəsmi inflyasiya 10-20 % və bəzən daha çoxdur. Bir digər məqam, istehlak məhsulları zəmbilinə 528 adda məhsul-xidmət daxil edilsə də, bu səbət ailələrin gündəlik real xərc strukturu ilə tam üst-üstə düşməyə bilir. Çünki, əsas tələbat malları gündəlik alış-verişdə daha çox təmsil olunur. Müəyyən ərzaq məhsullarında bahalaşma rəsmi ortalamadan daha yüksək və ya çox dəyişkən ola bilir. İl ərzində bəzi meyvə-tərəvəz, un, yağ, süd, qatıq və ət məhsullarında kəskin qiymət sıçrayışları (bəzən 20-60 % qədər) müşahidə olunur. Beləliklə, müstəqil araşdırmalar edib görürük ki, bəzi əsas ərzaq məhsullarının (un, çörək, yağ, tərəvəz kimi) qiyməti il ərzində 40-60 %-ə qədər artıb. Ailələrin xərclər strukturu çox heterojendir, sadəcə “minimum istehlak səbəti” ilə ölçmək bəzən reallığı əks etdirmir. Bəzi məhsulların qiymət artımı yüksək olsa da, digərləri ucuzlaşa bilir. Bu da onu göstərir ki, bazar reallığını tam əks etdirən inflyasiyanın, rəsmi statistikanı üstələməsi ehtimalı yüksəkdir. Hazırkı rəsmi inflyasiya proqnozları və son aylıq ərzaq inflyasiyasını nəzərə alsaq, 2026-cı ildə ərzaq qiymətlərində 7-10 %-lik artım real görünür. Aqrar istehsalçı qiymətlərində artım, ayrıca, qlobal ərzaq qiymətləri, idxal edilən yem, xammal, gübrə və s. kimi inputlarla bağlı dəyişikliklər ərzaq qiymətlərinə təzyiqlər edə bilər. Həmçinin də, daxili kənd təsərrüfatı məhsuldarlığı və daxili tələbat ərzaq qiymətlərini artıran amillərdir".
Vüsalə Əhmədovanın fikrincə, əgər neqativ daxili və xarici şoklar yaşanarsa, bəzi məhsullarda 15-20 %-lik artım da mümkündür.
12:03 / 24 Fevral 2026
1
11:57 / 24 Fevral 2026
15
11:55 / 24 Fevral 2026
32
11:22 / 24 Fevral 2026
473
11:13 / 24 Fevral 2026
112
11:04 / 24 Fevral 2026
40
10:55 / 24 Fevral 2026
61
10:48 / 24 Fevral 2026
230
10:41 / 24 Fevral 2026
47
10:38 / 24 Fevral 2026
50
10:34 / 24 Fevral 2026
38
10:08 / 24 Fevral 2026
1164
10:03 / 24 Fevral 2026
127
01:03 / 24 Fevral 2026
119
00:58 / 24 Fevral 2026
249
00:22 / 24 Fevral 2026
214
00:20 / 24 Fevral 2026
135
00:11 / 24 Fevral 2026
142
23:59 / 23 Fevral 2026
119
23:55 / 23 Fevral 2026
57787
23:52 / 23 Fevral 2026
95
23:48 / 23 Fevral 2026
342
23:44 / 23 Fevral 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.