Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1207
29.11.2025, 12:47
Elçin Quliyevin adı Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, hərbçilərə xas olan dəmir intizamı ilə seçilir.
Oxu24.com xəbər verir ki, Elçin Quliyev 22 sentybar 1967-ci ildə Sumqayıt şəhərində anadan olub.
1984-1988-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə təhsil alıb. Gənc zabit Quliyev 1988-1992-ci illərdə sovet ordusnun tərkibində Polşada xidmət edib.
1992-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlayıb. 1992-1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət edib.
Elçin Quliyev 27 mart 2001-ci ildə milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının Komandanı təyin olunub. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə general-mayor hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli Fərmanı ilə Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı təyin olunub.
Elçin Quliyevə 2003-cü ildə general-leytenant, 2014-cü ildə general-polkovnik hərbi rütbəsi verilib.
58 yaşlı general müxtəlif illərdə 32 orden və medalla təltif olunub. Bu siyahıya "Zəfər" ordeni, "Azərbaycan Bayrağı" ordeni, "Rəşadət" ordeni, "Vətənə xidmətə görə" ordeni kimi nüfuzlu təltiflər daxildir.
Tabeliyində olan əsgər və zabitlər general-polkovnik Quliyevi qayğıkeş komandir kimi xarakterizə edirlər.
20:58 / 15 Noyabr 2026
1
20:55 / 15 Noyabr 2026
20
20:44 / 15 Noyabr 2026
81
20:39 / 15 Noyabr 2026
49
20:30 / 15 Noyabr 2026
77
20:09 / 15 Noyabr 2026
264
19:51 / 15 Noyabr 2026
276
19:37 / 15 Noyabr 2026
86
19:17 / 15 Noyabr 2026
97
19:09 / 15 Noyabr 2026
93
18:40 / 15 Noyabr 2026
107
18:05 / 15 Noyabr 2026
141
17:53 / 15 Noyabr 2026
1811
17:43 / 15 Noyabr 2026
741
17:16 / 15 Noyabr 2026
621
17:12 / 15 Noyabr 2026
3375
17:09 / 15 Noyabr 2026
119
15:50 / 15 Noyabr 2026
131
15:25 / 15 Noyabr 2026
165
15:15 / 15 Noyabr 2026
148
14:47 / 15 Noyabr 2026
212
14:34 / 15 Noyabr 2026
416
14:25 / 15 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.