Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1541
25.11.2025, 00:59
Əməkdar artist Mehriban Xanlarova işdən çıxmaqla bağlı ərizə yazıb və bununla bağlı sosial şəbəkələrdə paylaşım edib.
Oxu24.com xəbər verir ki,aktrisa ərizəni işlədiyi teatrın rəhbəri Mehriban Ələkbərzadə ilə aralarında uzun müddətdir ki,yaşanan gərginliyin fonunda yazdığını qeyd edib.Sənətçi paylaşımında mədəniyyət naziri Adil Kərimlinin ünvanına şok ittihamlar səsləndirib.
"Bildirmək istəyirəm ki, mən və digər həmkarlarımın uzun müddət mətbuatda susmağımızın səbəbi vəzifəli şəxslərin bizə verdiyi söz idi: “Mehriban Ələkbərzadənin müqaviləsi 15 noyabrda bitəcək və yeni müqavilə imzalanmayacaq. Xahiş edirik, mövzuya qayıtmayın.” Biz də bu sözə inanaraq gözlədik. Lakin məlum oldu ki, Mehriban Ələkbərzadə onun arxasında dayanan yüksək vəzifəli rəfiqəsinin dəstəyi ilə, nazir Adil Kərimlinin bütün özbaşınalıqlara göz yumması nəticəsində daha 6 ay vəzifəsində saxlanılıb.
Mən, Respublikanın Əməkdar artisti Mehriban Xanlarova olaraq bildirirəm ki, Mehriban Ələkbərzadənin kollektivimizi alçaltması, şəhid qızına və onun ailəsinə ünvanladığı söyüşlər, 20 Yanvar şəhidlərinin xatirəsini “dəbdən düşmüş” adlandırması, erməni heykəlini səhnədə təbliğ etməsi, həmçinin İkinci Qarabağ müharibəsindən 5 il keçməsinə baxmayaraq ölkənin ana teatrında 44 günlük Vətən Müharibəsinin müqəddəs xatirəsinə bircə saatlıq belə sənət əsəri yaratmamasını, əvəzində teatrın baş rejissoru olaraq "AzDrama" üçün deyil, başqa bir dövlət qurumu AzTV üçün, pul müqabilində “sənədli film” adı altında xronologiya hazırlamasını, şəhid qanı ilə sulanmış torpaqlarda əli cibində, motivə və ruhuna uyğun olmayan geyimlə kamera qarşısında “stand-up” etməsini rüsvayçılıq hesab edirəm. "AzDrama"nın baş rejissoru başqa qurum üçün çalışmalıdımı? Teatra ayrılan vaxt, əməkhaqqı və status niyə başqa yerə sərf edilir? Bu özbaşınalıqların sonu görünmür.
Mədəniyyət Nazirliyi ilə bağlı bildiyim faktları açıqlayacağım üçün işdən çıxarılmağı gözə alıb ərizə yazmışam. Çünki söz azadlığıma məhdudiyyət qoyulmasına razı deyildim.
Cənab Nazir Adil Kərimli, saysız-hesabsız şikayətlərə baxmayaraq, öz imzanızla təyin etdiyiniz Mehriban Ələkbərzadəni vəzifədən azad etməyə əliniz əsdi. Çünki teatr camiəsi və incəsənət adamları kulislərdə danışır ki, Adil Kərimli məhz Fərəh Əliyevadan qorxduğu üçün Mehriban Ələkbərzadəni vəzifəsindən azad etmir.
İnanıram ki, bir otaqlı evdə böyük ailə saxlayan və əlilliyi olan ailə üzvlərinə baxan mən, Mehriban Xanlarovanı işdən çıxarmağa bu dəfə əliniz əsəməyəcək. Çünki arxamda yalnız Allah dayanır və mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm",-deyə Xanlarova bildirib.
Hazırladı: Nigarxanım
20:58 / 15 Noyabr 2026
1
20:55 / 15 Noyabr 2026
20
20:44 / 15 Noyabr 2026
81
20:39 / 15 Noyabr 2026
49
20:30 / 15 Noyabr 2026
77
20:09 / 15 Noyabr 2026
264
19:51 / 15 Noyabr 2026
276
19:37 / 15 Noyabr 2026
86
19:17 / 15 Noyabr 2026
97
19:09 / 15 Noyabr 2026
93
18:40 / 15 Noyabr 2026
107
18:05 / 15 Noyabr 2026
141
17:53 / 15 Noyabr 2026
1811
17:43 / 15 Noyabr 2026
741
17:16 / 15 Noyabr 2026
621
17:12 / 15 Noyabr 2026
3375
17:09 / 15 Noyabr 2026
119
15:50 / 15 Noyabr 2026
131
15:25 / 15 Noyabr 2026
165
15:15 / 15 Noyabr 2026
148
14:47 / 15 Noyabr 2026
212
14:34 / 15 Noyabr 2026
416
14:25 / 15 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.