Bakıda hadisə: İnsanlar evi tərk etdi -FOTOLAR
15 Noyabr 2026, 22:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
793
24.11.2025, 16:12
Noyabrın 21-i Yasamaldakı yanğında həlak olan binanın sakini və komendantı Samir Məhəmmədovun səs yazısı yayılıb.
Oxu24.om xəbər verir ki, o, hadisədən bir müddət öncə, noyabrın 11-i Bakupost.az -a müraciət edibmiş.
Sözügedən səs yazısında S.Məhəmmədov zirzəminin qanunsuz satıldığını və həmin sahədə “Loft” restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini söyləyib.
“MTK binanın zirzəmisinin böyük bir hissəsini birinci mərtəbədə yerləşən obyektin sahibinə satdı. O zamandan bəri nə zirzəmimiz var, nə də qarajımız. “Loft” restoranının fəaliyyəti sakinlərin dinc yaşamasına imkan vermir. Restoranın girişi yoxdur. “Loft Dent” adlı klinikaya girirsən, oradan da restorana düşürsən”, - deyə faciəvi hadisənin qurbanı müraciətində bildiribmiş.
Qeyd edək ki, Samir Məhəmmədov “Kapital Bank”da layihə meneceri olaraq çalışıb. Bədbəxt hadisə zamanı onun ailə üzvləri də tüstüdən zəhərləniblər. 2021-ci il təvəllüdlü oğlu Məhəmməd Mikayıl və həyat yoldaşı Marta Ramazanova özəl xəstəxanalardan birinin Reanimasiya şöbəsinə köçürülüblər, vəziyyətləri ağır olaraq qalır. Digər oğlu Danielin vəziyyəti isə qənaətbəxşdir.
Həmin səs yazısını təqdim edirik:
23:07 / 15 Noyabr 2026
3
22:43 / 15 Noyabr 2026
100
22:34 / 15 Noyabr 2026
78
22:24 / 15 Noyabr 2026
64
22:05 / 15 Noyabr 2026
776
21:57 / 15 Noyabr 2026
302
21:37 / 15 Noyabr 2026
1061
21:07 / 15 Noyabr 2026
1003
20:58 / 15 Noyabr 2026
489
20:55 / 15 Noyabr 2026
136
20:44 / 15 Noyabr 2026
319
20:39 / 15 Noyabr 2026
123
20:30 / 15 Noyabr 2026
150
20:09 / 15 Noyabr 2026
402
19:51 / 15 Noyabr 2026
435
19:37 / 15 Noyabr 2026
146
19:17 / 15 Noyabr 2026
149
19:09 / 15 Noyabr 2026
137
18:40 / 15 Noyabr 2026
155
18:05 / 15 Noyabr 2026
165
17:53 / 15 Noyabr 2026
2092
17:43 / 15 Noyabr 2026
809
17:16 / 15 Noyabr 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.