Bakıda hadisə: İnsanlar evi tərk etdi -FOTOLAR
15 Noyabr 2026, 22:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
634
24.11.2025, 10:37
Noyabrın 20-si İordaniyada müxtəlif dövlətlərin silahlı qüvvələr və təhlükəsizlik orqanları arasında kibertəhlükəsizlik və tətbiqi kriptoqrafiya sahəsində “ARMYTHON” beynəlxalq kibertəhlükəsizlik müsabiqəsi keçirilib.
Oxu24.com xəbər verir ki, 28 ölkədən 37 seçmə komandanın iştirak etdiyi “ARMYTHON” müsabiqəsi Avrasiya-Afrika regionunda ən nüfuzlu kibertəhlükəsizlik yarışması hesab olunur.
Yarışma zamanı iştirakçılardan mürəkkəb kiberhücum və kibermüdafiə ssenariləri, həmçinin tətbiqi kriptoqrafiya üzrə müasir çağrışlara uyğun tapşırıqların həlli sahəsində yüksək bilik, təcrübə və peşəkarlıq tələb edilir.
Azərbaycan beynəlxalq “ARMYTHON” müsabiqəsində 2 komanda ilə təmsil olunmuş və həmin komandalar yüksək nəticə əldə ediblər. Onlardan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandası beynəlxalq rəqiblər arasında xüsusilə fərqlənərək 2-ci yerə layiq görülüb, respublikamızın digər aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət “Iron Fist” yığma komandası isə 6-cı yerə yüksəlib.
Bu nailiyyət ölkəmizin kibertəhlükəsizlik potensialının nə dərəcədə artdığını və milli kadrlarmızın qlobal səviyyədə rəqabət qabiliyyətini bir daha təsdiqləyir.
23:07 / 15 Noyabr 2026
3
22:43 / 15 Noyabr 2026
100
22:34 / 15 Noyabr 2026
78
22:24 / 15 Noyabr 2026
64
22:05 / 15 Noyabr 2026
776
21:57 / 15 Noyabr 2026
302
21:37 / 15 Noyabr 2026
1061
21:07 / 15 Noyabr 2026
1003
20:58 / 15 Noyabr 2026
489
20:55 / 15 Noyabr 2026
136
20:44 / 15 Noyabr 2026
319
20:39 / 15 Noyabr 2026
123
20:30 / 15 Noyabr 2026
150
20:09 / 15 Noyabr 2026
402
19:51 / 15 Noyabr 2026
435
19:37 / 15 Noyabr 2026
146
19:17 / 15 Noyabr 2026
149
19:09 / 15 Noyabr 2026
137
18:40 / 15 Noyabr 2026
155
18:05 / 15 Noyabr 2026
165
17:53 / 15 Noyabr 2026
2092
17:43 / 15 Noyabr 2026
809
17:16 / 15 Noyabr 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.