Tədiyyə bildirişi nədir?
14 Yanvar 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
687
22.11.2025, 21:45
Azərbaycanda 2025-ci ildə 500 elektrik mühərrikli avtobusun istismara verilməsi və 2026-cı ilədək onların sayının 1 100-ə qədər artırılması planlaşdırılır.
Bu barədə Oxu24.com Azərbaycanın yenilənmiş "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr"inə (NDC 3.0) istinadən xəbər verir.
Gələcəkdə hər il əlavə 500 elektrik avtobusunun istismara buraxılması nəzərdə tutulur. Bunun dövlət operatoru olan "BakuBus" və özəl daşıyıcılar tərəfindən marşrut şəbəkəsi çərçivəsində həyata keçiriləcək.
Xatırladaq ki, 2024-cü ildə ölkədə 600 elektrik avtobusu istismara verilib.
Yerli istehsal hesabına elektrik avtobuslar parkını formalaşdırmaq üçün illik 500 avtobus buraxılış gücü olan "Azerbaijan Energy Automotive Factory" MMC Azərbaycan-Çin birgə müəssisəsi yaradılıb. İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun, "SARDA Group" və Çinin "BYD" şirkətinin təşəbbüsü ilə yaradılan müəssisə 2025-ci ilin sentyabr ayının sonunda fəaliyyətə başlayıb.
Bu ilin sonuna qədər zavod 300 elektrik avtobusu (200-ü Bakı, 60-ı Naxçıvan və 40-ı Qarabağ regionu üçün) istehsal etməyi planlaşdırır.
Hesabatda qeyd olunub ki, nəqliyyat sektoru ÜDM-in təxminən 6 %-ni təmin edərək ölkə iqtisadiyyatının mühüm bir hissəsini təşkil edir. Yol nəqliyyatında illik yanacaq istehlakı 2 704 kiloton (benzin, dizel, LNG/LPG, elektrik enerjisi) təşkil edir. 2022-ci ildə dəmir yolu, hava və dəniz nəqliyyatı birlikdə 220 kiloton dizel, aviasiya yanacağı və gəmi yağı istehlak edib.
Həmçinin oxuyun
NDC-yə görə, ölkənin nəqliyyat sektorunda iqtisadi inkişaf, əhali artımı və avtomobil parkının böyüməsi nəticəsində emissiyaların əhəmiyyətli şəkildə artması müşahidə olunub. 2022-ci ildə bu, bütün istixana qazı emissiyalarının 13 %-ni təşkil edirdi ki, bunun 92 %-i avtomobil nəqliyyatı (əsasən benzin və dizel istifadəsi səbəbindən), 5 %-i aviasiya, 2 %-i dəniz nəqliyyatı, 1 %-i dəmir yollarının payına düşüb.
Bundan əlavə, hesabatda nəqliyyatda enerji keçidinin üç əsas vəzifəsi müəyyən edilib. Buraya nəqliyyat vasitələrinin ümumi yürüşünün azaldılması; effektivliyin artırılması və "təmiz yanacaq növləri"nə keçid hesabına kilometr başına emissiyaların azaldılması; ictimai nəqliyyatın və yeni mobillik həllərinin inkişafı vasitəsilə modal dəyişikliyə nail olmaq daxildir.
"Əsas məqsəd ictimai nəqliyyatın, mikromobilliyin inkişafı və daxili yanma mühərriklərindən tədricən imtina edilməsi yolu ilə şəhər mobilliyinin emissiyalarının azaldılmasıdır. Bunun üçün enerjidoldurma infrastrukturuna və elektromobillərin istifadəsini stimullaşdıran mexanizmlərə əhəmiyyətli investisiyalar tələb olunur. Həmçinin aviasiya və dəniz nəqliyyatı da daxil olmaqla, bioyanacağın tətbiqinin genişləndirilməsi nəzərdə tutulur", - hesabatda bildirilib.
Bundan əlavə, 2035-ci ilə qədər dekarbonizasiya məqsədlərinə çatmaq üçün emissiyaların yumşaldılması üzrə ətraflı hazırlanmış plan təklif olunur. Bu, metro, avtobus və dəmir yolları şəbəkələrinin genişləndirilməsi və modernləşdirilməsini; ictimai nəqliyyata və mikromobilliyə keçidin stimullaşdırılmasını; dəmir yolu nəqliyyatından istifadənin artırılmasını; daxili yanma mühərrikili avtomobil parkının ilkin istismardan çıxarılmasını və şəhər nəqliyyatının yenilənməsini; minik avtomobilləri, avtobuslar və yük maşınları arasında elektromobillərin payının artmasını; elektromobillərin təşviqi üçün stimullaşdırma proqramlarını; aviasiya yanacağı da daxil olmaqla, bioyanacağın tətbiqini və onun qarışdırılmasını əhatə edir.
Qeyd edilir ki, dayanıqlı nəqliyyata keçid elektrikli avtomobil infrastrukturu, xüsusilə də enerjidoldurma stansiyaları və elektrik şəbəkələrinin modernləşdirilməsi üçün əhəmiyyətli investisiya tələb edəcək. İlkin yüksək xərclərə baxmayaraq, uzunmüddətli perspektivdə elektrikli avtomobillərinin daha aşağı yanacaq və texniki xidmət xərcləri sayəsində əməliyyat xərclərinin azalacağı gözlənilir.
Bundan əlavə, Azərbaycan "Azərişıq" ASC və "AzərEnerji" ASC-nin iştirakı ilə Bakıda, regionlarda və azad edilmiş ərazilərdə elektromobillərin enerjidoldurma infrastrukturunu genişləndirməyi planlaşdırır. Elektrikli avtobusların xidmət göstərməsi üçün son marşrutlarda dörd nəqliyyat-mübadilə mərkəzində enerjidoldurma stansiyaları quraşdırılacaq.
23:58 / 14 Yanvar 2026
1
23:54 / 14 Yanvar 2026
26
23:39 / 14 Yanvar 2026
33
23:35 / 14 Yanvar 2026
27
23:30 / 14 Yanvar 2026
46
23:23 / 14 Yanvar 2026
30
23:18 / 14 Yanvar 2026
148
23:10 / 14 Yanvar 2026
498
23:08 / 14 Yanvar 2026
211
23:05 / 14 Yanvar 2026
163
23:02 / 14 Yanvar 2026
126
22:59 / 14 Yanvar 2026
61
22:52 / 14 Yanvar 2026
49
22:48 / 14 Yanvar 2026
211
22:43 / 14 Yanvar 2026
47
22:31 / 14 Yanvar 2026
121
22:26 / 14 Yanvar 2026
149
22:26 / 14 Yanvar 2026
86
22:21 / 14 Yanvar 2026
54
22:13 / 14 Yanvar 2026
77
22:10 / 14 Yanvar 2026
126
22:01 / 14 Yanvar 2026
710
21:59 / 14 Yanvar 2026
58
21:54 / 14 Yanvar 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.