Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
674
22.11.2025, 15:33
Ədliyyə Nazirliyində Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Bu barədə Oxu24.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə Nazirliyin rəhbərliyi, struktur qurumların nümayəndələri, həmçinin ədliyyə fəaliyyətinin inkişafında fərqlənən əməkdaşlar iştirak ediblər.
Ədliyyə naziri Fərid Əhmədov çıxış edərək əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, bütün əməkdaşlara uğurlar arzulayıb. Nazir ölkəmizdə hüquq sisteminin modernləşdirilməsi, ədliyyə sahəsində həyata keçirilən institusional və rəqəmsal islahatlar, vətəndaşlara göstərilən xidmətlərin səmərəliliyinin və operativliyinin artırılması istiqamətində görülən tədbirlər barədə danışıb.
O bildirib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar ədliyyə orqanlarının fəaliyyətinə yeni dinamika qazandırıb və bu istiqamətdə əldə olunan nəticələr qarşıya qoyulan yeni hədəflərin reallaşdırılması üçün möhkəm baza formalaşdırıb.
Daha sonra Fərid Əhmədov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmiş ədliyyə orqanlarında çalışan əməkdaşlara medalları təqdim edib. Həmçinin nazir "Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2025-ci il tarixli Sərəncamını səsləndirib.
Tədbirin sonunda qulluqda xüsusi fərqləndiklərinə və səmərəli fəaliyyətlərinə görə ədliyyə nazirinin müvafiq əmri ilə təltif olunmuş bir qrup əməkdaşa "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı, döş nişanları, fəxri fərmanlar və təşəkkürlər təqdim edilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
23:41 / 15 Noyabr 2026
1
23:35 / 15 Noyabr 2026
28
23:32 / 15 Noyabr 2026
38
23:07 / 15 Noyabr 2026
204
22:43 / 15 Noyabr 2026
132
22:34 / 15 Noyabr 2026
94
22:24 / 15 Noyabr 2026
77
22:05 / 15 Noyabr 2026
921
21:57 / 15 Noyabr 2026
398
21:37 / 15 Noyabr 2026
1169
21:07 / 15 Noyabr 2026
1123
20:58 / 15 Noyabr 2026
526
20:55 / 15 Noyabr 2026
145
20:44 / 15 Noyabr 2026
350
20:39 / 15 Noyabr 2026
129
20:30 / 15 Noyabr 2026
158
20:09 / 15 Noyabr 2026
426
19:51 / 15 Noyabr 2026
452
19:37 / 15 Noyabr 2026
151
19:17 / 15 Noyabr 2026
155
19:09 / 15 Noyabr 2026
139
18:40 / 15 Noyabr 2026
160
18:05 / 15 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.