Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
658
21.11.2025, 23:53
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.
Oxu24.com xəbər verir ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda xidmətləri, hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə danışılıb.
Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənin keşiyində şərəflə dayanıb. Gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşləri zamanı arzuladığı zirvəyə - şəhidlik məqamına ucalıb.
Nümunəvi xidməti ilə sağlığında bir çox medallara və mükafatlara layiq görülən Pəncəli Teymurov ölümündən sonra 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunub. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

23:41 / 15 Noyabr 2026
1
23:35 / 15 Noyabr 2026
28
23:32 / 15 Noyabr 2026
38
23:07 / 15 Noyabr 2026
204
22:43 / 15 Noyabr 2026
132
22:34 / 15 Noyabr 2026
94
22:24 / 15 Noyabr 2026
77
22:05 / 15 Noyabr 2026
921
21:57 / 15 Noyabr 2026
398
21:37 / 15 Noyabr 2026
1169
21:07 / 15 Noyabr 2026
1123
20:58 / 15 Noyabr 2026
526
20:55 / 15 Noyabr 2026
145
20:44 / 15 Noyabr 2026
350
20:39 / 15 Noyabr 2026
129
20:30 / 15 Noyabr 2026
158
20:09 / 15 Noyabr 2026
426
19:51 / 15 Noyabr 2026
452
19:37 / 15 Noyabr 2026
151
19:17 / 15 Noyabr 2026
155
19:09 / 15 Noyabr 2026
139
18:40 / 15 Noyabr 2026
160
18:05 / 15 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.