Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
601
21.11.2025, 12:48
Son 5 ildə Azərbaycanın qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri 63 % artıb.
Oxu24.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu illər ərzində real artım isə 34 % olub.
"Qeyri-neft-qaz iqtisadiyyatının inkişafı üçün əlverişli rejim olmalıdır. Əlbəttə, bu belədir və hökumət olaraq da biz bu fikri bölüşürük. Məhz indiyə kimi aparılan siyasət, islahatlar da bundan ibarət olub. Dediyim bu rəqəmlər elə ən böyük nəticədir ki, qeyri-neft-qaz sektoru üzrə çox ciddi, güzəştli bir rejim var və bu rejim imkan verir ki, Azərbaycanda həm kiçik və orta sahibkarlıq aktiv inkişaf etsin", - deyə nazir əlavə edib.
Bundan başqa, S.Babayev deyib ki, gələn il qeyri-neft-qaz sektorunda tətbiq olunan vergilərin qeyri-neft-qaz ÜDM-də payı cəmi 13,1 % olacaq və builki rəqəmdən demək olar ki, fərqlənməyəcək: "Bu, kifayət qədər çox aşağı rəqəmdir və aşağı vergi yükünün olduğunun ən böyük göstəricilərindən biridir. Ümumi iqtisadiyyatımızda isə vergi yükü 15,9 %-dir, digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Bu parametrlərin hər biri göstərir ki, Azərbaycan çox güzəştli, iqtisadiyyatın inkişafı üçün, sahibkarlığın inkişafı üçün, özəl sektorun inkişafı üçün çox əlverişli bir rejim yaradıb".
00:08 / 16 Noyabr 2026
1
23:41 / 15 Noyabr 2026
78
23:35 / 15 Noyabr 2026
80
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
291
22:43 / 15 Noyabr 2026
358
22:34 / 15 Noyabr 2026
119
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
995
21:57 / 15 Noyabr 2026
449
21:37 / 15 Noyabr 2026
1246
21:07 / 15 Noyabr 2026
1195
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.