Bakıda güclü yanğın BAŞLAYIB
07 Avqust 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
584
20.11.2025, 12:29
2026-cı il üçün fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi məlumat yayıb.
Bildirilib ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək.
Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.
İyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da Yay fəslini (Yay günəş duruşu) yaşamağa başlayacağıq. Bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur. Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 21 saat 45 dəqiqə 01 saniyə olacaq.
2026-cı ildə qış fəsli Azərbaycana Bakı vaxtı ilə dekabrın 22-si saat 00:50:09-da daxil olacaq. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi müşahidə olunacaq. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq. Fəslin uzunluğu 88 gün 23 saat 34 dəqiqə 27 saniyə təşkil edəcək.
12:25 / 07 Avqust 2026
1
12:21 / 07 Avqust 2026
11
12:03 / 07 Avqust 2026
123
12:00 / 07 Avqust 2026
251
11:49 / 07 Avqust 2026
44
11:45 / 07 Avqust 2026
44
11:32 / 07 Avqust 2026
63
11:28 / 07 Avqust 2026
61
11:10 / 07 Avqust 2026
65
11:08 / 07 Avqust 2026
169
10:56 / 07 Avqust 2026
70
10:45 / 07 Avqust 2026
64
10:30 / 07 Avqust 2026
75
10:15 / 07 Avqust 2026
56
09:57 / 07 Avqust 2026
85
09:38 / 07 Avqust 2026
79
09:27 / 07 Avqust 2026
85
09:17 / 07 Avqust 2026
88
09:10 / 07 Avqust 2026
86
09:04 / 07 Avqust 2026
83
09:00 / 07 Avqust 2026
84
08:59 / 07 Avqust 2026
70
08:57 / 07 Avqust 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.