Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
629
20.11.2025, 11:38
Bu gün Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür.
Oxu24.com xatırladır ki,yaşasaydı, 65 yaşı olacaqdı.
Gültəkin Məlik qızı Əsgərova 1960-cı il noyabr ayının 20-də Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra Uroloji xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində işləyib.
Dağlıq Qarabağ hadisələri başlayanda 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərib. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparıb, onlara ilk tibbi yardım göstərib. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edib. Uzun döyüş yolu keçmiş Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 noyabr tarixli 31 saylı Fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Oxuduğu 200 nömrəli tam orta məktəbə onun adı verilib, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulub. Xəzərdə üzən gəmilərdən biri Qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılıb. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filmi çəkilib, “Gültəkin zirvəsi” adlı kitab çap olunub.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.