Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2584
19.11.2025, 17:24
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin doğum günüdür.
Oxu24.com xəbər verir ki,Baş prokuror 60 illik yubileyini qeyd edir.
Məlumat üçün qeyd edək ki,Prezident İlham Əliyev bu gün Kamran Əliyevlə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən,Baş prokuror 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Oxu24.com kollektivi cənab Baş prokuroru doğum günü nmünasibəti ilə təbrik edir.Ona işlərində və şəxsi həyatında uğurlar arzu edir.
Baş prokuroru yaxından tanıyaq:
Əliyev Kamran Bayram oğlu 1965-ci ilin noyabr ayının 18-də Balakən şəhərində anadan olub.
1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilib.
Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib.
1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, eyni zamanda həmin müəssisədə elmi işçi vəzifəsində işləyib.
1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb.
Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.
Təltifləri
Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının sədri, hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı”, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 19 noyabr 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə, 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Digər vəzifələri
Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidentidir. Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsində (OECD) Milli Koordinatorudur.
Azərbaycan Respublikası Prezidentinin 01 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2021-ci il tarixli sərəncamı ilə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 01 may 2025-ci il tarixli Sərəncamı ilə yenidən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı və dörd nəvəsi var.
Hazırladı: Miri Məcidli
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.