Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
684
19.11.2025, 16:08
Xankəndidə 500-dən çox obyektin sahibkarlara icarəyə verilməsi real iqtisadi dinamika yaradıb.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlətin balansında olan 10 minə yaxın qeyri-yaşayış obyektinin yalnız 30 faizinin icarəyə verilməsi iqtisadi rezervləri və büdcə gəlirləri üçün əlavə mənbələri göstərir:
"Cəmi iki il əvvəl azad olunan Xankəndidəki iqtisadi canlanma modeli bunu təsdiqləyir. Belə ki, əhali məskunlaşmağı aparılmadığı şəraitdə 500-dən çox obyektin sahibkarlara şəffaf qaydada verilməsi real iqtisadi dinamika yaradıb".
Komitə sədri həmçinin qeyd edib ki, gələn il yanacağın qiymətləri necə olacağı ilə bağlı cəmiyyətdə müəyyən suallar yaranıb:
"Çünki yol vergisindən daxilolmaların 45,5 milyon manatdan 131 milyon manata çatacağı proqnozlaşdırılıb. Hesablama Palatası satış həcminin dəyişməcəyini bildirirsə, qiymət artımı ehtimalına aydınlıq gətirilməsi iqtisadiyyata müsbət siqnal olardı".
Z.Oruc eyni zamanda vurğulayıb ki, gələn il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivi qarşıdakı on ildə regionda iki milyondan çox iş yerinin açılmasına təkan verə bilər:
"Dövlət başçısının qətiyyəti Azərbaycanı ölkənin tərkib hissəsi Naxçıvanla birləşdirən dəhlizin (Zəngəzur dəhlizi - RED.) açılmasına hazırlaşmağımızn zəruri olduğunu göstərir".
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.