Yastıqsız yatmaq bu xəstəliyi ləngidir
03 Fevral 2026, 22:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
522
19.11.2025, 15:41
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə tezliklə yüksəksürətli, videoyayıma uyğun bortdaxili "Wi-Fi" xidməti təqdim edəcək.
Oxu24.com şirkətə istinadən xəbər verir ki, AZAL peyk rabitəsi sahəsində qlobal lider olan "Viasat Inc." şirkəti ilə bu istiqamətdə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.
Saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan "Dubai Airshow 2025" çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və "Viasat"ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. Bu əməkdaşlığın məhz beynəlxalq aviasiya sənayesinin əsas platformalarından birində rəsmiləşdirilməsi AZAL-ın innovativ texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi strategiyasına sadiqliyini nümayiş etdirir.
Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə ("Airbus A320" ailəsi və uzunməsafəli "Boeing 787-9 Dreamliner") "Viasat Amara" yüksəksürətli sistemi ilə təchiz olunacaq. "Viasat Amara" yeni nəsil peyk şəbəkəsi, müasir avadanlıq və rəqəmsal həllər əsasında sərnişinlərə sabit, sürətli və videoyayıma imkan verən internet bağlantısı təmin edir.
Yüksəksürətli "Wi-Fi" ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər. Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki "Airbus A320neo" təyyarəsində quraşdırılıb.
"Viasat" ilə əməkdaşlıq AZAL üçün bortdaxili xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mərhələdir. Sazişin "Dubai Airshow" çərçivəsində imzalanması layihənin beynəlxalq əhəmiyyətini və innovasiyaya sadiqliyimizi vurğulayır. Yüksəksürətli "Wi-Fi"ın tətbiqi sərnişinlərimizə daha yüksək komfort və fasiləsiz bağlantı imkanı yaradacaq," - deyə AZAL-ın prezidenti S. Rzayev bildirib.
Həmçinin oxuyun
Yeni bağlantı imkanları və genişləndirilmiş rəqəmsal infrastruktur AZAL-ın yenilənmiş xidmət konsepsiyasının əsas hissəsinə çevriləcək və bütün sərnişin kateqoriyaları üçün daha komfortlu və müasir səyahət təcrübəsi təmin ediləcək.
"Azərbaycan Hava Yolları ilə əməkdaşlıq edərək sərnişinlərə ilk dəfə olaraq yüksəksürətli, videoyayıma uyğun "Wi-Fi" xidməti təqdim etməkdən məmnunuq. "Viasat Amara" səyahət zamanı rəqəmsal təcrübəni yeni səviyyəyə yüksəldəcək. Bu əməkdaşlıq innovasiyaya və sərnişin təcrübəsinin yüksəldilməsinə dair ortaq öhdəliyimizi əks etdirir," - deyə "Viasat"ın aviasiya üzrə prezidenti D.Bakman vurğulayıb.
AZAL biznes sinfi sərnişinlərinə və loyallıq proqramının yüksək statuslu üzvlərinə bortdaxili internetdən ödənişsiz istifadə imkanı təqdim edəcək. Yeni xidmət aviaşirkətin rəqəmsal transformasiya strategiyasını gücləndirməklə yanaşı, beynəlxalq marşrut şəbəkəsində xidmət səviyyəsinin daha da yüksəldilməsinə xidmət edəcək.
Qeyd edək ki, AZAL nüfuzlu "Skytrax" təşkilatının "4 Ulduz" reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards" nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.
Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ və ya ESG) öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect" və "IEnvA" proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.
22:29 / 03 Fevral 2026
5
22:19 / 03 Fevral 2026
22
22:09 / 03 Fevral 2026
37
22:07 / 03 Fevral 2026
28
21:46 / 03 Fevral 2026
41
21:20 / 03 Fevral 2026
112
21:19 / 03 Fevral 2026
43
20:59 / 03 Fevral 2026
53
20:48 / 03 Fevral 2026
65
20:46 / 03 Fevral 2026
128
20:37 / 03 Fevral 2026
117
20:37 / 03 Fevral 2026
111
20:30 / 03 Fevral 2026
116
20:28 / 03 Fevral 2026
73
20:14 / 03 Fevral 2026
84
20:13 / 03 Fevral 2026
584
20:08 / 03 Fevral 2026
77
19:59 / 03 Fevral 2026
67
19:50 / 03 Fevral 2026
71
19:38 / 03 Fevral 2026
91
19:30 / 03 Fevral 2026
81
19:24 / 03 Fevral 2026
219
19:12 / 03 Fevral 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.