Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC
07 Oktyabr 2026, 15:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
860
19.11.2025, 13:51
2025-ci ilin yanvar–oktyabr aylarında ölkəmizdə 106,4 milyard manatlıq, yəni əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3% çox ümumi daxili məhsul istehsal edilmişdir. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 3,1% artmışdır ki, bu da inkişafın birbaşa qeyri-neft sektoruna əsaslandığını təsdiq edir.
Oxu24.com xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, dövlətimizin artan imkanları sosial təminatın gücləndirilməsinə, ölkəmizin sosial rifah dövləti kimi mövqeyinin daha da möhkəmləndirilməsinə şərait yaradıb:
“Ölkə başçısının təşəbbüsləri nəticəsində 2025-ci ildə 5-ci sosial islahat paketi həyata keçirilmiş, minimum əməkhaqqı, pensiya, müavinət və təqaüd məbləğləri artırılmışdır. Bu islahatlar Prezidentin əhalinin, xüsusilə sosial həssas qrupların rifahının yaxşılaşdırılmasına göstərdiyi diqqətin növbəti təzahürüdür.
Bugün təqdim olunan büdcə layihəsi, zəfərdən rifah cəmiyyətinə uzanan inkişaf strategiyasının maliyyə təminatıdır. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən biri Böyük Qayıdışa dair Birinci Dövlət Proqramıdır. Bu, Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri sürətləndirilməli, insanların öz doğma yurdlarına qayıdışı daha tez təmin edilməlidir.
2020-ci ilin sonundan etibarən hər il dövlət büdcəsinin imkanları səfərbər olunaraq yenidənqurma və quruculuq işlərinə ümumilikdə 17,6 milyard manat vəsait xərclənmişdir. Cari ilin sonuna qədər bu rəqəmin 22 milyard manata çatacağı gözlənilir. 2026-cı ilin büdcə layihəsi və növbəti üç il üzrə xərclər çərçivəsi də ilk növbədə bu sahənin maliyyə təminatının davamlılığını nəzərdə tutur.
Bununla yanaşı, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, ərazi bütövlüyümüzün və sərhədlərimizin qorunması, müdafiə qabiliyyətimizin və milli təhlükəsizliyimizin daha da möhkəmləndirilməsi üçün maliyyə təminatı növbəti büdcənin əsas prioritetlərindən biri olacaqdır. Azərbaycan Respublikası Prezidentinin “Biz bütün vəzifələri icra etmişik, lakin bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün əsas prioritet olacaq” fikri təhlükəsiz və güclü Azərbaycan üçün fəaliyyət gündəliyinin ideoloji əsasını təşkil edir. 2026-cı il büdcə sənədində də bu istiqamət üzrə resurslar tam şəkildə təmin edilmişdir./Globalinfo.az
16:16 / 07 Oktyabr 2026
1
15:55 / 07 Oktyabr 2026
35
15:54 / 07 Oktyabr 2026
289
15:36 / 07 Oktyabr 2026
226
15:26 / 07 Oktyabr 2026
72
15:13 / 07 Oktyabr 2026
55
15:06 / 07 Oktyabr 2026
117
14:45 / 07 Oktyabr 2026
71
14:39 / 07 Oktyabr 2026
64
14:24 / 07 Oktyabr 2026
112
14:22 / 07 Oktyabr 2026
320
14:17 / 07 Oktyabr 2026
83
14:15 / 07 Oktyabr 2026
88
14:10 / 07 Oktyabr 2026
536
14:08 / 07 Oktyabr 2026
73
14:05 / 07 Oktyabr 2026
78
14:00 / 07 Oktyabr 2026
63
13:58 / 07 Oktyabr 2026
70
13:25 / 07 Oktyabr 2026
103
13:20 / 07 Oktyabr 2026
100
13:14 / 07 Oktyabr 2026
582
13:12 / 07 Oktyabr 2026
99
13:10 / 07 Oktyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.